Qaynar xətt:

(+99450) 247 90 86

"Düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir" - Anar Eyvazov

\\\"Düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir\\\" - Anar Eyvazov

QARABAĞ

666

04.11.2020, 23:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ordumuza qarşı asimmetrik qaydada mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən birifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə irəliləyərək işğal altında olan torpaqları işğaldan azad edir: "Ermənistanın hərbi siyasi rəhbərliyi hədəflərimiz barədə saxta fikirlər aşılayaraq, erməni cəmiyyətini Azərbaycan Ordusuna qarşı döyüşə cəlb etməyə çalışır. Döyüşə girən erməni döyüşçülər Ordumuz tərəfindən məhv edilir, geriyə qaçır, itkin və əsir düşür. Azərbaycan əsgəri bağçalarda, məktəblərdə və digər mülki obyektlərdə gizlənən namərd düşmənə qarşı mübarizə aparır".