Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib - YENİLƏNİB - FOTO

Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib - YENİLƏNİB - FOTO

QARABAĞ

634

03.11.2020, 18:59

18:00

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonuna atdığı fosforlu mərmi zərərsizləşdirilib.

Oxu24.com Trend-ə istinadən bildirir ki, mərmilər ANAMA əməkdaşları tərəfindən təhlükəsiz ərazidə partladılıb.

----------

16:53

Ermənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb.

Oxu24.com bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Düşmən bu dəfə artilleriya atəşində fosforlu top mərmilərindən istifadə edib. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.

Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.