Qarabağda yeni milli parklar yaradılacaq
23 May 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
469
31.10.2020, 19:42
Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxurtmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb.
Bu barədə Azərbaycan QHT-lərin bəyanatında bildirilir.
“Belə ki, bu gün Azərbaycan müdafiə nazirliyinin verdiyi rəsmi məlumata görə işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya Azərbaycan tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır”, - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, artıq Ermənistanın təbliğat maşını guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayaraq gələcək təxribatlar üçün zəmin yaratmağa başlayıb:
“Belə ki, bu gün Ermənistan silahlı qüvvələri Şuşa meşələrində qadağan olunmuş ağ fosfordan istifadə etməklə qəsdən yanğın törətmiş və bunu Azərbayacanın üzərinə atmağa çalışmışdır. Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi qəbul olunmuş müvafiq beynəlxalq konvensiyaların növbəti dəfə kobud şəkildə pozulması və dəhşətli müharibə cinayəti aktıdır.
Hesab edirik ki, aidiyyatı beynəlxalq təşkilatlar Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini tarix və hüquq qarşısında məsuliyyət daşıyacağı beynəlxalq cinayətlər törətməyi dayandırmağa, xalqının gələcək taleyini düşünərək işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyə, regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olmamağa çağırmalıdır”.
Bəyanatı 30-dan artıq QHT rəhbəri imzalayıb.
02:00 / 24 May 2026
167
01:23 / 24 May 2026
219
01:14 / 24 May 2026
750
01:01 / 24 May 2026
261
00:58 / 24 May 2026
111
00:54 / 24 May 2026
503
00:51 / 24 May 2026
278
00:43 / 24 May 2026
464
00:41 / 24 May 2026
285
00:17 / 24 May 2026
442
00:03 / 24 May 2026
142
23:59 / 23 May 2026
348
23:59 / 23 May 2026
181
23:56 / 23 May 2026
287
23:50 / 23 May 2026
222
23:39 / 23 May 2026
484
23:36 / 23 May 2026
485
23:33 / 23 May 2026
135
23:25 / 23 May 2026
138
23:19 / 23 May 2026
126
23:17 / 23 May 2026
116
23:14 / 23 May 2026
275
23:11 / 23 May 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.