Qarabağda yeni milli parklar yaradılacaq
23 May 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
624
29.10.2020, 18:43
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.
Oxu24.com-nun xəbərinə görə, Prezident İlham Əliyevin fərmanına əsasən əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib
1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;
10. müvafiq yerli icra hakimiyyəti orqanları.
Müvəqqəti komendantlıqlara hansı qurum nəzarət edəcək?
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası işğaldan azad olunmuş ərazilərdə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirəcək.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanda bildirilir.
Eyni zamanda fərmana əsasən, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
01:23 / 24 May 2026
5
01:14 / 24 May 2026
52
01:01 / 24 May 2026
101
00:58 / 24 May 2026
50
00:54 / 24 May 2026
134
00:51 / 24 May 2026
71
00:43 / 24 May 2026
200
00:41 / 24 May 2026
128
00:17 / 24 May 2026
180
00:03 / 24 May 2026
80
23:59 / 23 May 2026
201
23:59 / 23 May 2026
107
23:56 / 23 May 2026
157
23:50 / 23 May 2026
169
23:39 / 23 May 2026
215
23:36 / 23 May 2026
291
23:33 / 23 May 2026
87
23:25 / 23 May 2026
89
23:19 / 23 May 2026
83
23:17 / 23 May 2026
75
23:14 / 23 May 2026
181
23:11 / 23 May 2026
135
23:00 / 23 May 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.