Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39274
az

Erməni mətbuatından şok xəbər: Bu rayonlarımızdan çıxırlar - Siyahı

21:4824 Sentyabr, 2020
5390
QARABAĞ
  • A
Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir. Oxu24.com xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti məlumat yayıb. Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib: “Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”. Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya nazirləri Ermənistan və Azərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni “Madrid prinsipləri” adlı sənədi təqdim ediblər. “Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır: Ağdam rayonu Füzuli rayonu Cəbrayıl rayonu Zəngilan rayonu Qubadlı rayonu Laçın rayonunun 13 kəndi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR