Prezident TƏSDİQLƏDİ:Yeni qayda belə OLACAQ
16 Noyabr 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
50
16.11.2026, 12:27
Gələn ilin dövlət və icmal büdcələrinin layihələri strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazi qeyd edib ki, icmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun növbəti il üçün gəlirləri 13,3 mlrd. manat, xərcləri isə 12,1 mlrd. manat məbləğində nəzərdə tutulur: “Fondun büdcəsinin profisiti 1,2 mlrd. manat təşkil edir.
2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,2 mlrd. manat, xərcləri isə 9,3 mlrd. manat, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,3 mlrd. manat, xərcləri 3 mlrd. manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 mln. manat, xərcləri isə 319,2 mln. manat təşkil edəcək.
Bu fondların büdcələrinin kəsiri onların formalaşdırdıqları ehtiyatları hesabına qarşılanacaq.
Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 mln. manat məbləğindədir. Muxtar Respublikanın öz gəlirlərinin cari illə müqayisədə 40 mln. manat və ya 15 faiz artması gələn il üçün dövlət büdcəsindən ayrılan dotasiyanın 13,6 mln. manat və ya 6,4 faiz azalmasına imkan yaradıb.
2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub. Bu layihələrin dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet kimi müəyyən edilmiş istiqamətlərin, habelə dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün tam maliyyə təminatı formalaşdıracaq”.
12:36 / 16 Noyabr 2026
1
12:32 / 16 Noyabr 2026
27
12:18 / 16 Noyabr 2026
203
12:16 / 16 Noyabr 2026
69
12:12 / 16 Noyabr 2026
79
12:08 / 16 Noyabr 2026
90
12:04 / 16 Noyabr 2026
358
12:03 / 16 Noyabr 2026
67
11:58 / 16 Noyabr 2026
72
11:51 / 16 Noyabr 2026
117
11:44 / 16 Noyabr 2026
95
11:40 / 16 Noyabr 2026
80
11:33 / 16 Noyabr 2026
76
11:26 / 16 Noyabr 2026
105
11:20 / 16 Noyabr 2026
84
11:11 / 16 Noyabr 2026
87
11:06 / 16 Noyabr 2026
91
11:01 / 16 Noyabr 2026
91
10:57 / 16 Noyabr 2026
117
10:46 / 16 Noyabr 2026
92
10:41 / 16 Noyabr 2026
154
10:40 / 16 Noyabr 2026
124
10:37 / 16 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.