Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstanda yumurta idxalına qadağa

Qazaxıstanda yumurta idxalına qadağa

CƏMİYYƏT

36

16.11.2026, 11:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bütün ölkələrdən respublikaya toyuq yumurtasının idxalını qadağan edib.

Oxu24.com xəbər verir ki, nazirlik bununla bağlı əmr imzalayıb.

Qərara əsasən, qadağa iki ay müddətində - 2027-ci ilin yanvarın ortalarına qədər qüvvədə olacaq. 

Qazaxıstanda analoji qadağalar 2025-ci ildə, daha sonradan isə cari ildə də tətbiq edilib. Sonuncu dəfə ölkəyə yumurta idxalına məhdudiyyətlər 2026-cı ilin aprelində qoyulub və bu, 6 ay davam edib. Bu qərar isə ölkədəki istehsalçıları dəstəkləmək məqsədilə verilir. 

Bununla belə, məhdudiyyətlər Qazaxıstan ərazisindən tranzitlə keçən daşımalara şamil edilmir.Qafqazinfo