Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə: Ermənistandan Qarabağla bağlı rəsmi açıqlama: Hazırıq...

Son dəqiqə: Ermənistandan Qarabağla bağlı rəsmi açıqlama: Hazırıq...

QARABAĞ

2679

22.09.2020, 19:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır.
Bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib. O, sülh prosesinə alternativin olmadığını bildirib.
"Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq”, - deyə "Panorama"qəzeti nazirdən sitat gətirib. Mnatsakanyan xatırladıb ki, Azərbaycan tərəfi ilə son görüş yanvarda keçirilib, amma buna baxmayaraq, Yerevanın sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qətiyyəti heç zaman azalmayıb. "Biz bunu etməyə (Bakının nümayəndələri ilə görüşə hazırlaşmağa-red.) hazırıq. Hazırda məsləhətləşirik, həmsədrlərlə danışırıq, işləyirik", - deyə Mnatsakanyan vurğulayıb.(virtualaz.org)