Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38446
az

Rusiya əleyhinə fikirlər Qarabağa transfer olunur - ŞOK DETALLAR

11:0201 Sentyabr, 2020
567
QARABAĞ
  • A

Son günlər işğal altında olan Qarabağdakı qondarma qurum daxilində açıq şəkildə anti-Rusiya mühiti yaranır. “Hraparak” nəşri yazır ku, ötən gün qondarma qurumun “İctimai Radio”su öz “Facebook” səhifəsində aşağıdakı başlıq və məzmunla bir məqalə yayımlayıb: “Putinin tənqidçisini güman ki, zəhərləyiblər. Rus müxalifət lideri Aleksey Navalnının müalicə olunduğu Berlindəki “Şarite” xəstəxanası Navalnının zəhərləndiyini açıqlayıb. Navalnının sağlamlıq vəziyyəti sabit ağır olaraq qiymətləndirilir”.

“Baxmayaraq ki, Qarabağın (qondarma qurum - red.) “İctimai Radiosu”nun da istinad etdiyi material mənbəyi BBC-dir, lakin daxili siyasi prosesləri izləyən mənbələr faktın diqqət çəkən məqam olduğunu vurğulayır və bütün dövrlərdə Qarabağın yürütdüyü ənənəvi kursa uyğun olmadığını söyləyir. Məsələ burasındadır ki, Rusiya hakimiyyəti ilə Ermənistan hakimiyyətinin münasibətlərinin alt-üst olmasından asılı olmayaraq, Qarabağ həmişə məlum səbəblərə görə Rusiyanın təsir dairəsi hesab olunurdu. Hakimiyyətdəkilər strateji tərəfdaşla oynamağın nə qədər təhlükəli ola biləcəyini dərk edirlər. İndi hökumət daxilindən verilən məlumatlara görə, Paşinyan Rusiyaya münasibətini “filial” rəhbəri Arayik Harutyunyana ötürmək qərarına gəlib. İlk qaranquşlar artıq nəzərə çarpır.

Mənbələrimiz Məryəm Davtyanın “Televiziya və Radio Şirkətinin” icraçı direktoru vəzifəsindən azad edilməsini təsadüfi hesab etmir, qeyd olunur ki, bununla da kurs dəyişikliyinə start verilib. Arayik Harutyunyan iyirmi ildən çox müddətdə bu sahədə çalışan Davtyanı bir həftə əvvəl şəxsən ərizə yazmağa çağırıb və heç bir əsaslı səbəb göstərilməyib. Davtyan bu barədə öz səhifəsində yazıb: “Əsas olaraq heç bir şey deyilməyib, məlum olub ki, komandada müəyyən narazılıqlar var. Əlbəttə, şikayətlərin məzmunundan xəbərdar idim (axı mən işçilərimlə birbaşa təmasda idim və qəribə görünsə də, bəzi şikayətlərlə də razılaşırdım). Öz komfort zonalarını tərk etmək istəməyən bir qrupun etirazına, yoxsa mənim peşəkarlığa olan tələbimə hörmətlə yanaşır, deyə suala cavab birmənalı olaraq bəli, mənim üçün ən vacib şey komandanın həmrəyliyidir, deyə olub.

Hər halda, yalnız peşəkarlığın tətbiq edilməsi, qanuni fəaliyyət, az və ya çox maliyyə anomaliyalarının düzəldilməsi, bəzən total savadsızlıqla mübarizə, pis zövqün aradan qaldırılması səylərinin müəyyən narazılığa səbəb olduğuna görə xoşbəxtəm”.

Davtyan qeyd edib ki, ona və bir çox həmkarına “gerçəklik və həqiqət” məlumdur.

Xatırladaq ki, Arayik Harutyunyan “Televiziya və Radio Şirkəti”nə nəzarəti şəxsən öz üzərinə götürüb. Mütəmadi olaraq strukturun işçilərini yanına dəvət edir və efir yayımını necə dəyişdiriləcəyini, müxtəlifliyi necə tətbiq edə biləcəklərini müzakirə edir. Qeyd olunur ki, daha dar bir dairədə komandasının digər sahələrdə olduğu kimi bu sahəni də öz nəzarəti altına almasının lazım olduğunu etiraf edib.

Arayik Harutyunyan partiyadaşlarını, hətta şöbə müdirlərini belə təyin etdiyi hər yerdə nazirliyin birinci sinif mütəxəssislərini partiyadaşları arasından seçir. Bu, Harutyunyanın əsas tələbidir. Boş vəzifəyə kimin təyin ediləcəyi hələ məlum deyil, radio və televiziyanın əvvəlki kimi ayrılması və iki təyinatın olacağından təyinat məsələsində tələsmədikləri ehtimal olunur. Davtyanın kifayət qədər müstəqil və prinsipial olduğu qeyd edilir. Ona görə də onun səlahiyyət müddətinin başa çatması öncədən məlum idi, amma bu qədər açıq hay-küyə səbəb olmamaq üçün, Davtyanla bağlı məsələni həmkarları vasitəsi ilə həll etməyə qərar veriblər, onları iqamətgahda qəbul ediblər, müzakirələr aparıblar daha sonra isə Davtyana, ona qarşı şikayətlərin olduğunu bildirməklə vəzifədən kənarlaşdırıblar.

Yeri gəlmişkən, bu müddət ərzində Davtyanın təşəbbüsü ilə bir görüş keçirildiyini, keçmiş direktorun nələrin baş verdiyini anlamağa çalışdığını Arayik Harutyunyanın onu qəbul etdiyini və şikayətlərin olduğunu söylədiklərini, bir neçə gün sonra isə işdən azad olunma barədə ərizə yazmasının tələb edildiyi məlum olub.

Davtyan öz təşəbbüsü ilə bir görüşün baş tutduğunu təsdiqlədi. “Görüşməyi istəməsəydim, başqaları ilə olduğu kimi, “Facebook”dan canlı yayım zamanı vəzifədən azad olduğumu bilə bilərdim” - deyə Davtyan bildirib.

Yeri gəlmişkən, Rusiyaya qarşı siyasət yürüdən Arayik Harutyunyan “təhlükəsizlik şurası” katibi Samvel Babayanın təsirini azaldacağına ümid edir. Xatırladaq ki, o, qəti şəkildə Rusiya yönümlüdür və bu “vəzifə”yə təyinatından öncə Qarabağı Rusiya mandatı nəzarətinə təhvil verməyi təklif edirdi, üstəlik gələcəkdə bu dairələr vasitəsilə hakimiyyəti ələ alacağına ümid etdiyi söylənilir”, - deyə nəşrdə dərc olunan məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Bakıda iş adamı yazdığı mesaja görə qadın işçisini döyüb- Video