Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
24 Aprel 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1253
22.02.2020, 11:50
Bu gün Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçiriləcək mitinq fevralın 22-si saat 13:00-da baş tutacaq.
Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağa Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.
Həmçinin oxuyun
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.
Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.
Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.
00:36 / 26 Aprel 2026
54
00:19 / 26 Aprel 2026
65
23:40 / 25 Aprel 2026
57
23:22 / 25 Aprel 2026
67
23:11 / 25 Aprel 2026
61
22:39 / 25 Aprel 2026
171
22:26 / 25 Aprel 2026
78
22:06 / 25 Aprel 2026
98
21:58 / 25 Aprel 2026
111
21:47 / 25 Aprel 2026
80
21:19 / 25 Aprel 2026
93
20:56 / 25 Aprel 2026
129
20:35 / 25 Aprel 2026
130
20:20 / 25 Aprel 2026
222
20:06 / 25 Aprel 2026
110
19:42 / 25 Aprel 2026
89
19:28 / 25 Aprel 2026
104
19:03 / 25 Aprel 2026
102
18:53 / 25 Aprel 2026
113
18:18 / 25 Aprel 2026
128
18:09 / 25 Aprel 2026
169
17:59 / 25 Aprel 2026
153
17:53 / 25 Aprel 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.