Bu rayona köç başlayır
09 May 2026, 19:35
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
58
14.05.2026, 19:32
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
Oxu24.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Xarıbülbül” bu il də Şuşanı musiqi və rəngarəng mədəniyyətlərin ünvanına çevirib. Festivalda təkcə yerli incəsənət nümayəndələri deyil, həm də bir sıra xarici ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçılar bir araya gəlib. Belə ki, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri "Xarıbülbül"ə dəvət olunub.
Bu beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir.
“Xarıbülbül”ün açılış konsertində Xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, Əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, Əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, eləcə də İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrının solisti Mara Hüseynova, həmçinin Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” Etno-Folk Ansamblı, Özbəkistanın “Şodlık” Rəqs Ansamblı, Türkmənistanın “Qalkınış” Rəqs Ansamblı çıxış ediblər.
Festivalın açılış konserti “Qarabağ yallısı” ilə başa çatıb.APA





21:07 / 14 May 2026
11
21:02 / 14 May 2026
14
20:59 / 14 May 2026
21
20:56 / 14 May 2026
32
20:54 / 14 May 2026
34
20:49 / 14 May 2026
25
20:49 / 14 May 2026
146
20:41 / 14 May 2026
78
20:35 / 14 May 2026
121
20:31 / 14 May 2026
65
20:28 / 14 May 2026
37
20:19 / 14 May 2026
33
20:16 / 14 May 2026
191
20:15 / 14 May 2026
33
20:10 / 14 May 2026
41
20:09 / 14 May 2026
62
19:59 / 14 May 2026
51
19:56 / 14 May 2026
483
19:52 / 14 May 2026
43
19:47 / 14 May 2026
51
19:30 / 14 May 2026
102
19:18 / 14 May 2026
69
19:14 / 14 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.