Qaynar xətt:

(+99450) 247 90 86

4 dövlətin və Azərbaycanın Qarabağ PLANI ORTAYA ÇIXDI:

4 dövlətin və Azərbaycanın Qarabağ PLANI ORTAYA ÇIXDI:

QARABAĞ

18043

01.05.2018, 15:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Ermənistanda keçirilən etiraz aksiyalarının ilk günlərində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan prosesin daimi iştirakçısına çevrilmişdi. Aprelin 23-də - baş nazir Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak etmiş, bir sıra dairələr və keçmiş prezident Levon Ter-Petrosyanla da görüş keçirmişdi.
 Dağlıq Qarabağ separatçılarının “keçmiş xarici işlər naziri” Armen Melikyan “Birinci informasiya” saytına müsahibəsində həm bu məsələni, həm də Ermənistandakı daxili siyasi vəziyyətin Dağlıq Qarabağ münaqişəsini təsirini qiymətləndirib. Onun sözlərinə görə, Serj Sarkisyanın istefası Ermənistan daxilində qüvvə nisbətini dəyişdirdi və bu, Dağlıq Qarabağda siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. Melikyan qeyd edib ki, Sarkisyanın istefası İrəvan-Xankəndi münasibətlərinin formatında həm siyasi, həm də inzibati-maliyyə baxımından qeyri-müəyyənlik yaratdı.
“Hesab edirəm ki, artıq Xankəndidə Saakyanın istefa tələbləri səsləndirilə bilər. Ona görə də onun İrəvana sonuncu səfəri və siyasi güclərin nümayəndələriylə görüşlər tamamilə məntiqli idi”, - Melikyan deyib. Serj Sarkisyanın istefası ilə Qarabağ klanının dövrünün başa çatmasının Qarabağ münaqişəsinin nizama salınması prosesində yaradacağı dəyişikliklərə gəlincə, o, Qarabağda yeni itkilərin ola biləcəyini vurğulayıb: “ABŞ və onların müttəfiqləri Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi mövcudluğuna son qoymaq, Rusiya isə Azərbaycanda öz əvvəlki möhkəm mövqelərini və hərbi mövcudluğunu bərpa etmək istəyir. Hər iki tərəf öz maraqları üçün ərazilərin qaytarılmasına bir variant kimi baxır. Hər iki tərəfin “Madrid prinsipləri”ində həmrəyliyi məhz bununla təmin olunur. Serj Sarkisyan ərazilərin təslim edilməsinin əvəzində istəyirdi ki, Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini tanısın. Məndə güman etməyə əsaslar var ki, indi “ərazilərin qaytarılması əvəzində heç nə” vəziyyəti yetişir və Qarabağda yeni itkilər ola bilər. Ehtimal edilən Serj Sarkisyanın qəribə istefasından sonra itkilərə görə “günah keçiləri” Karen Karapetyan və Nikol Paşinyan olacaqlar”. Onun sözlərinə görə, Rusiyanın hansısa bir anda Qarabağ münaqişəsinin nizama salınmasına gedə biləcəyi istisna edilmir. “Bu ehtimal böyükdür, amma bu yalnız Rusiyanın oyunu deyil, ona Qərb, Türkiyə, İsrail, İran və Azərbaycan cəlb oluna bilər. Ermənistan və Dağlıq Qarabağ indi oyundan kənardır”. Qeyd edək ki, Madrid prinsipləri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi azad edilir. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.(Publika.az)

Digər xəbərlər

Baş nazir sərəncam imzaladı 

19:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazir sərəncam imzaladı 

6

0
Prezident Əhmədə nə dedi? - Foto 

19:49 / 05 Oktyabr 2026

İDMAN İDMAN

Prezident Əhmədə nə dedi? - Foto 

33

0
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

130

0
medialiteracy-media-gov
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

50

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

64

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

93

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

76

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

95

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

69

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

67

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

70

0