“Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb
09 Noyabr 2026, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
402
30.09.2026, 11:49
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları xüsusi iqtisadi zona kimi müəyyənləşdirilərək yerli və xarici investorlar üçün cəlbedici məkana çevrilib. Dövlət tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara 10 il müddətinə şamil edilən geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Tətbiq edilən bu stimullaşdırıcı mexanizmlər bölgədə biznes mühitinin sürətlə formalaşmasına və özəl investisiyaların cəlb edilməsinə xidmət edir.
Yaradılan güzəştli şərait sahibkarların azad olunmuş torpaqlarda fəaliyyət göstərməyə olan marağını əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, 10 illik güzəşt müddəti başa çatdıqdan sonra iqtisadi fəallığın davamlılığının təmin edilməsi prioritet məsələlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli inkişaf üçün tətbiq edilən dəstək tədbirlərinin nəticələri dövlət tərəfindən mütəmadi qiymətləndirilməlidir. Eyni zamanda, güzəşt müddəti bitdikdən sonra biznes subyektlərinin adaptasiyası üçün mərhələli keçid mexanizmlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev regiondakı mövcud iqtisadi mənzərəni və gələcək perspektivləri dəyərləndirib.
R.Atakişiyev bildirib ki, son dövrlərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələrində iqtisadi aktivliyin formalaşdırılması dövlətin ana hədəflərindən biridir. Müsahibimizin sözlərinə görə, sahibkarlıq subyektlərinin həmin bölgələrə gəlişini təmin etmək və biznes fəaliyyətini stimullaşdırmaq məqsədilə bir sıra vergi və gömrük güzəştləri tətbiq edilir. Tətbiq olunan bu dəstək mexanizmləri artıq öz real nəticələrini verməkdədir.
Ekspert diqqətə çatdırıb ki, yaratmış əlverişli şəraitin əyani sübutu olaraq artıq 2 minə yaxın sahibkarlıq subyekti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müxtəlif dövlət qurumlarına müraciət ünvanlayıb:
“İllər keçdikcə həmin sahibkarlıq subyektlərinin fəaliyyətinin nəticələri dövlət tərəfindən hərtərəfli qiymətləndiriləcəkdir. Əgər həqiqətən də region qarşısında qoyulmuş iqtisadi hədəflərə yetərincə nail olunarsa, tətbiq edilən güzəştli sistem birdəfəlik kəsilməyəcək. Əksinə, bu sistem yavaş-yavaş və mərhələli şəkildə ənənəvi vergi və gömrük qanunvericiliyinə uyğunlaşdırılacaq. Bu addım sahibkarların fəaliyyətində ani çətinliklərin qarşısını alaraq regionun uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına zəmin yaradacaqdır”.
Nəticə etibarilə, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştli şərait regionun ölkə iqtisadiyyatına inteqrasiyasında mühüm təkanverici amil rolunu oynayır. Mütəxəssislərin də vurğuladığı kimi, dövlətin çevik qiymətləndirmə mexanizmi və mərhələli keçid strategiyası həm investorların risklərini azaldacaq, həm də azad edilən torpaqlarda uzunmüddətli, rəqabətqabiliyyətli və dayanıqlı biznes ekosisteminin bərqərar olmasını təmin edəcəkdir.
Çimnaz Telmanqızı
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.