13 dost,13 şəhid -XTQ tablosu...
20 Oktyabr 2025, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
220
07.06.2024, 12:34
Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz acan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbiristanlıqda tapılıb. Aprel ayında kimliyi məlum olan baş polis çavuşunun qalıqları iyunun 7-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.
Oxu24.com xəbər verir ki, şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib. Burada vida mərasimi təşkil edilib. Cənazə namazı qılınıb şəhidlərimizin ruhuna dualar oxunub.
Çıxış edənlər şəhidin qısa və şərəfli həyat yolundan danışıblar.
Həmçinin oxuyun
Sonra iştirakçılar Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanına üz tutublar.
Şəhid Şirinov Nazim Şirin oğlunun nəşinin qalıqları hərbi orkestrin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dualar oxunub.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.
10:48 / 16 Dekabr 2025
33
10:35 / 16 Dekabr 2025
174
10:32 / 16 Dekabr 2025
26
10:30 / 16 Dekabr 2025
21
10:18 / 16 Dekabr 2025
42
10:15 / 16 Dekabr 2025
30
10:12 / 16 Dekabr 2025
32
10:05 / 16 Dekabr 2025
33
10:03 / 16 Dekabr 2025
30
10:01 / 16 Dekabr 2025
27
09:52 / 16 Dekabr 2025
40
09:29 / 16 Dekabr 2025
887
09:25 / 16 Dekabr 2025
43
08:23 / 16 Dekabr 2025
44
08:21 / 16 Dekabr 2025
56
08:19 / 16 Dekabr 2025
58
00:25 / 16 Dekabr 2025
667
00:14 / 16 Dekabr 2025
156
00:03 / 16 Dekabr 2025
110
23:55 / 15 Dekabr 2025
92
23:51 / 15 Dekabr 2025
1417
23:45 / 15 Dekabr 2025
86
23:28 / 15 Dekabr 2025
120
23:25 / 15 Dekabr 2025
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.