Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə güclü şaxta olub

Bu ərazilərdə güclü şaxta olub

CƏMİYYƏT

706

16.12.2025, 10:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.

Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir. Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.