Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10288
az

Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ... - İrəvanda Qarabağ TOQQUŞMASI

09:2425 Fevral, 2019
1449
QARABAĞ
  • A
 


Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir.

Publika.az xəbər verir ki, indiyə qədər “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.

Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan feysbuk səhifəsində erməni ordusunun təcrübəsizliyi haqqında danışıb.

“2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış deyillər, onlarda hələ ki rəqibin atəşlərinə cavab təcrübəsi yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda, anlayırsınızmı ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq”, - deyə o qeyd edib.

Poqosyandan sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin “rəhbəri”nin “mətbuat katibi” David Babayan iddia edib ki, “təmas xəttində sakitlik hökm sürsə də, Azərbaycan müharibə planından əl çəkməyib, cəbhədə mühəndislik işlərinin həyata keçirilməsi də bunu təsdiqləyir”.

{banner_reklam}

Bu iki bəyanat və Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan yumşalma fonunda Ermənistan daxilində siyasi baş verən siyasi intriqalar diqqət çəkir.

Erməni şərhçi Aram Amatuni yazır ki, Poqosyanın və Babayanın sözləri mesaj xarakteri daşıyır. Bu, mesaj kimə ünvanlanıb.

Erməni şərhçilər hesab edirlər ki, hədəfdə münaqişənin həlli üçün danışıqlara hazır olan baş nazir Nikol Paşinyandır.

“Xüsusilə həmsədrlərin regiona səfəri və Paşinyanla görüşündən sonra bu fikirlərin gündəmə gəlməsi təsadüfi deyil. Qarabağ məsələsi daxili siyasətdə həmişə olduğu kimi yenə də əsas faktor olaraq qalır”, - deyə o qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi