Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
978
12.12.2023, 11:31
Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.
Oxu24.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dekabrın 12-də “Sea Breeze” işi üzrə 2 məhkəmə prosesi təyin olunub. Hər iki işi üzrə hakim də, prokuror da eyni şəxslərdir. İşdə dövlət ittihamını prokuror Amin Şəkərəliyev müdafiə edir.
Birinci iş üzrə 4 nəfər - Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşib.
Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib. Bu iş üzrə Elnur Məmmədov və Cavad Muradov zərərçəkmiş şəxs kimi tanınıblar.
Sonuncu iclasda sərbəst ifadə verən M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Bildirib ki, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb.
Məktəbli hakim Mirheydər Zeynalovun suallarına cavab olaraq bildirib ki, müstəntiq onun üstünə qışqırmaqla, onu evə buraxacağını deməklə aldatmaqla özünün yazdığı ifadəyə qol çəkdirib. Hakim onun imtina etdiyi ifadəni elan edib. Həmin ifadəyə görə M.Ə hadisə baş verən zaman “Sea Breeze”də Elmir İsmayılovun yanında olub. M.Ə hakimin diqqətinə çatdırıb ki, ifadə başdan-ayağa yalandır, o, hadisə baş verən zaman Mərdəkan qəsəbəsində dostları ilə bağda olub.
Prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Vəkillərin, təqsirləndirilənlərin, zərərçəkənlərin qəti etirazlarına baxmayaraq, prokurorun vəsatəti təmin olunub. Bu gün keçiriləcək prosesə iş üzrə müstəntiqin dəvət olunaraq dindiriləcəyi gözlənilir.
Bu gün “Sea Breeze” işi üzrə daha bir proses eyni hakim Mirheydər Zeynalovun sədrliyi, eyni prokuror Amin Şəkərəliyevin iştirakı ilə davam etdiriləcək. Bu iş üzrə isə digər işdə zərəçəkən olan Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslərdir. Elnur Leysan oğlu Məmmədov isə şahid statusundadır.
Həmçinin oxuyun
Zərərçəkən şəxslər isə digər işdə təqsirləndirilən statusunda olan Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə Məhəmməd Həsənzadədir.
Cavad Muradova Şamxal Məmmədovdan fərqli olaraq xuliqanlıq ittihamı ilə yanaşı, əmlakı qəsdən zədələmə ittihamı da verilib. Məhkəmədə məlum olub ki, restoranda söyüş söyüb dava salan da, Elmir İsmayılov və digərlərini ətrafındakılarla bərabər döyən də, onun maşınını əzən də Elnur Məmmədov olub. Cavad Muradova gəlincə isə onun təşəbbüsü ilə hadisədən bir neçə saat sonra o və Elnur Məmmədov Elmir İsmayılov və digərləri ilə görüşüb üzrxahlıq edib, barışıblar.
Bu, iki aya yaxındır keçirilən proseslərdə də dəfələrlə hakim diqqətinə çatdırılıb, elə dava baş verən gün barışdıqları, aralarında hər hansı bir narazılıq, ədavət olmadığı bildirilib. Buna baxmayaraq, kimlərsə prosesin davam etdirilməsində maraqlıdır.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə “Sea Breeze”dəki Vergilər Xidmətinin inspektoru olub.
Fotoda Leysan Məmmədov
12:19 / 15 İyul 2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
3
12:15 / 15 İyul 2025
Prezident Ərdoğana başsağlığı verdi
7
11:55 / 15 İyul 2025
64 yaşını qeyd edən nazir — Kəmaləddin Heydərovu yaxından tanıyaq...
110
11:50 / 15 İyul 2025
Gürcüstan Aİ-yə vizasız girişi itirə bilər
26
11:40 / 15 İyul 2025
Bu bürclər iyulun sonunda müflis ola bilər - Astroloqlardan xəbərdarlıq!
26
11:34 / 15 İyul 2025
Avropa Trampdan Ukrayna ilə bağlı daha çox şey gözləyirdi
70
11:30 / 15 İyul 2025
Aİ ABŞ-a tarif zərbəsi hazırlayır
50
11:30 / 15 İyul 2025
Trampın bu ölkədə mülkləri var imiş - ÖZÜ AÇIQLADI
38
11:27 / 15 İyul 2025
Kallas Aİ-nin Rusiyaya qarşı sanksiyaları barədə razılığa gəlmək üçün son tarixləri açıqlayıb
31
11:17 / 15 İyul 2025
Bu ərazidə güclü zəlzələ oldu
31
10:57 / 15 İyul 2025
Tramp Putin haqda nə düşünür?
34
10:47 / 15 İyul 2025
Rusiya bu ərazini ələ keçirdi
102
10:32 / 15 İyul 2025
ABŞ təsdiqlədi: Zəngəzur dəhlizi 100 illik möhlətə icarəyə verilir
169
10:30 / 15 İyul 2025
Rusiya Azərbaycana qarşı yeni cəbhə açır – iki hədəf üçün hərəkətə keçdi
62
10:18 / 15 İyul 2025
Nazir Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edəcək
42
10:10 / 15 İyul 2025
Sərinkeşin qarşısında yatmaq zərərlidir?
40
09:57 / 15 İyul 2025
Məktəbli vəfat etdi
495
09:55 / 15 İyul 2025
Rubl neçəyə oldu?
41
09:54 / 15 İyul 2025
Azərbaycanda zəlzələ oldu
47
09:53 / 15 İyul 2025
FHN əhaliyə müraciət edib
123
09:50 / 15 İyul 2025
69 yaşlı kişini maşın vurub öldürdü
48
09:40 / 15 İyul 2025
Adaşından sonra ilk ola bilər...
52
09:30 / 15 İyul 2025
Makron Paşinyanla görüşü ermənicə təsvir etdi - Foto
52
09:22 / 15 İyul 2025
Gəncədə zəncirvari qəza - 4 avtomobil toqquşdu
43
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.