Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1383
07.04.2022, 13:17
"Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü birmənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsidir. Prezident İlham Əliyevin məhz postmünaqişə dövrü üçün sülh gündəliyinə nəzərdə tutduğu bütün məsələlər Brüssel görüşünün yekununda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha öz təsdiqini tapdı".
Oxu24.com xəbər verir ki, Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Deputat xatırladıb ki, Azərbaycan-Ermənistan arasında sülh gündəliyi ilk dəfə 2021-ci ilin dekabrın 14-də Brüsseldə keçirilən görüşdə formalaşıb:
"Bilirsiniz ki, dünənki üçtərəfli görüş artıq ikinci belə görüşdür. İlk üçtərəfli görüş ötən ilin dekabrın 14-də keçirilib. Məhz həmin görüş zamanı Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən sülh gündəliyi formalaşdırılmışdı. Məhz o görüşdən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında təmaslar intensiv xarakter aldı. Buraya telefon zənglərini, səfərləri aid edə bilərik. Bunun nəticəsi olaraq bir daha gördük ki, dünənki görüşdə sülh gündəliyinin formalaşması tam Azərbaycanın istədiyi kimidir. Aprelin 6-da keçirilən üçtərəfli görüş, təxminən 5 saata yaxın davam edib. Görüşün nəticələri olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha təsbit olundu ki, Ermənistan-Azərbaycan arasında artıq sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar başlanılsın".
C.Osmanov bildirib ki, Azərbaycan tərəfinin artıq sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifi qəbul olunub:
"Yəni görünən odur ki, həmin 5 maddə artıq qəbul olundu və bunun əsasında da danışıqlar aparıldı. Artıq həm Azərbaycanın, həm də Ermənistanın xarici işlər nazirliklərinə bununla bağlı tapşırıqlar verildi ki, bu sənədin üzərində iş görülsün. Sənəddə əsas məqam ondan ibarətdir ki, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapır. Digər tərəfdən bəyanatda yer alan məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. İlk növbədə qeyd olunan vacib nüanslardan biri əlbəttə, sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə razılığın əldə olunmasıdır. Bunun davamı kimi delimitasiyanın tərkibi və nəticəsi olaraq isə sərhəddə gərginliyin aradan qaldırılması vacib məqamlardan biridir".
Deputat qeyd edib ki, bəyanatda Avropa İttifaqının minatəmizləmə məsələsinə, itkin düşmüş şəxslərin tapılması istiqamətində səyləri də yer alıb:
"Bildiyiniz kimi, Ermənistan bu günə kimi Azərbaycana mina xəritələrini versə də, onun dəqiqlik göstəriciləri təxminən 25 faiz təşkil edib. Məlumdur ki, Azərbaycanın uzun illər işğal altında saxlanılan əraziləri ermənilər tərəfindən minalanmışdır. Eyni zamanda Birinci Qarabağ müharibəsindən bu günədək hələ də 3880 nəfər Azərbaycan vətəndaşının taleyi naməlumdur. Bəyanatda bütün məsələlərin öz əksini tapması çox əhəmiyyətli məqamlardandır. Digər vacib məqam nəqliyyat-kommunikasiya xətlərinin təsdiq olunması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, eləcə də iqtisadi məşvərət şurası mexanizminin yaradılması məsələsidir. Azərbaycan hər zaman qeyd edib ki, biz əməkdaşlığa daha çox üstünlük veririk. Qarşılıqlı kommunikasiyaların açılması sahəsində Azərbaycan bölgədə böyük bir coğrafi məkanı birləşdirəcək, Avrasiyanı əhatə edən bir çox əlverişli bir logistika mərkəzinə çevrilib və bunu daha da genişləndirmək imkanı var. Azərbaycan bunu dəfələrlə vurğulayıb və bu da sənəddə öz əksini tapıb".
Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - Qadağan olunacaq
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.