Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1557
05.04.2022, 21:40
Məşhur azərbaycanlı iş adamı Hafiz Məmmədov jurnalist Eynulla Fətullayevə müsahibə verib.
Oxu24.com müsahibədən bəzi məqamları təqdim edir:
Hafiz Məmmədov müsahibəsində əvvəlcə qısa müddətli həbsə düşməyindən danışır. Onun dediyinə görə, bir neçə iri şirkəti, 2 milyard dollara yaxın dövriyyəsi biznesinin olmasına baxmayaraq onun doğrudan da 850 min manat təsdiqlənmiş vergi borcu olub və saxlanılıb: “Çox şükür ki, bizi başa düşdülər. Borcun bir qismi ödənib. Digər hissəsini də qısa zamanda ödəyəcəm”.
Söhbət zamanı məlum olub ki, onun atası Məcid Məmmədov o vaxt Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanıb. İş adamı isə atasını girovluqdan xilas etmək üçün 2 milyon avro ödəyib. Maraqlısı odur ki, pullar 500 avroluq əsginaslarla ödənib və istintaq məhz bu məqamdan sonra dəstənin izinə düşə bilib. Amma Hafiz Məmmədov hadisənin tam təfərrüatları ilə bağlı danışmaq istəməyib.
Hafiz Məmmədov bildirib ki, ilk pulunu metal alverindən qazanmağa başlayıb. Daha sonra isə özünün də dediyi kimi, “sivil biznesə” keçib. “Baghlan Group”u təsis edib, nəqliyyat, tikinti, neft, bank sektoruna baş vurub.
İş adamı sahibi olduğu “Bank of Azerbaycan”dan da söz açıb. Qısa zamanda onun kapitalını 50 milyon manata çatdırdığını deyib.
O, 1 avroya Fransanın “Lans” klubun aldığını deyib. “Mən bu kluba 26 milyon avro vəsait yatıracaqdım”.
Sən demə, iş adamı daha sonra İngiltərənin “Şeffild Yunayted” klubuna da sahib olmağa yaxın imiş:
“Mən “Lans”ı vətənpərvərlik hislərimə görə aldım. Heç bir çirkli pul yuyulmasından söhbət gedə bilməzdi. Elə hesab etdim ki, vətənim üçün lazımdır. Hər bir iş adamının öz həqiqəti var. Mən inanırdım ki, “Lans”ın Azərbaycana çox köməyi dəyəcək”.
Hafiz Məmmədov bildirib ki, ilk problemi 2013-cü ildən başlayıb. “Bir gün gördüm ki, “Bank of Azərbaycan”da ikili hesabat gedir. Düzgün hesabat aparılmır. Mən bunu bir də 2016-cı ildə başa düşdüm. Onda da gec idi”.
Hafiz Məmmədov deyir ki, 2014-cü ildən sonra onu sözün həqiqi mənasında soymağa başlayıblar. Daha sonra Eldar Mahmudov onun “Transgeyt” şirkətinə əl qoyub. Daha sonra “Bahar” yatağı əlindən alınıb. Onun müflis olunmasının əsası qoyulub:
“Təsəvvür edin, mənim biznesimi əlimdən alıb, kredit götürürdülər, üstəlik həmin kredit də mənim adıma yazılırdı”.
Hafiz Məmmədov müsahibəsində qumar oynadığını da etiraf edir:
“Mən kazinolara da getmişəm, amma heç vaxt uduzmamışam. Heç kimin puluyla da oynamamışam. Mən əli gətirən insanam. Səxavətliyəm, çoxlarına çox pul paylamışam”.
İş adamı deyib ki, Monako knyazı ilə çox gözəl münasibətləri var: “Knyaz 2-ci Albert mənim qonağım da olub. Problemlərim başlayandan tez-tez məni soruşur, halımı xəbər alır. 5 ildir ölkədən çıxışıma qadağa qoyulub. Həkimə belə gedə bilmirəm. O, isə məni gözləyir. Bizim yaxşı zarafatlarımız da var. Bir məsələni də qeyd edim ki, o, bütün məsələlərdə Azərbaycanı dəstəkləyib. Səhhətim dəhşətli dərəcədə korlanıb. Daxili varikozum var. Mütləq öz həkimimin yanına getməliyəm”.
Hafiz Məmmədov keçmiş şəriki Ziya Məmmədovdan da bəhs edib. O bildirib ki, keçmiş nazirlə heç bir münasibəti qalmayıb: “Həbsdən çıxandan sonra zəng də etmədi. Yəqin elə hesab edir ki, onun pullarını xərcləmişəm. O, səhv edir”.
İş adamı onu da qeyd edib ki, pulları, aktivləri kimdədi, haradadı gözəl bilir.
23:55 / 31 Oktyabr 2026
538
23:52 / 31 Oktyabr 2026
208
23:44 / 31 Oktyabr 2026
294
23:22 / 31 Oktyabr 2026
86
22:59 / 31 Oktyabr 2026
195
22:32 / 31 Oktyabr 2026
1402
22:31 / 31 Oktyabr 2026
130
21:19 / 31 Oktyabr 2026
134
21:09 / 31 Oktyabr 2026
129
20:59 / 31 Oktyabr 2026
1683
20:51 / 31 Oktyabr 2026
230
20:46 / 31 Oktyabr 2026
124
20:37 / 31 Oktyabr 2026
117
20:33 / 31 Oktyabr 2026
167
20:25 / 31 Oktyabr 2026
104
19:58 / 31 Oktyabr 2026
380
19:44 / 31 Oktyabr 2026
116
19:37 / 31 Oktyabr 2026
103
19:29 / 31 Oktyabr 2026
790
19:28 / 31 Oktyabr 2026
206
19:26 / 31 Oktyabr 2026
303
19:20 / 31 Oktyabr 2026
111
19:20 / 31 Oktyabr 2026
1206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.