Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66053
az

Putin SSRİ-nin bərpasına Ukraynadan başlayır? – Qara yubiley ilinin əsas sualı

15:1226 Fevral, 2022
362
ÖZƏL BÖLÜM
  • A

Rusiyanın Ukraynaya hərbi müdaxiləsində birinci hədəf əslində, “ipə-sapa” yatmayan postsovet ölkələrinə dərs verməkdir. Bundan əlavə, Putin nə qədər bəyan eləsə də ki, SSRİ-ni bərpa eləmək niyyəti yoxdur, - son olaraq bunu Moskvada İlham Əliyevlə görüşdə söylədi, - gerçək bizə fərqli şeyi pıçıldayır.

Təəssüf ki, Rusiya liderinin səmimiliyinə inanmaq üçün əsaslar artmır, əskinə, getdikcə azalır. Hərgah, bir neçə gün öncə Kreml başçısı özünə xas təbəssüm və kinayə ilə bildirdi ki, Rusiyanın imperiyanı bərpa eləmək kimi istəyi yoxdur. Bunu da belə əsaslandırmağa çalışdı ki, Moskva SSRİ-nin dağılmasının geosiyasi nəticələrini, yəni postsovet ölkələrinin hamısını tanıyıb.

Bu, doğrudan da belədir. Tanıyıb. O cümlədən Ukraynanı və Gürcüstanı. Üstəgəl, 1994-cü ildə ABŞ və İngiltərə ilə birlikdə imza atdığı Budapeşt Memorandumu ilə nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına bir daha, yazılı (!) zəmanət verib. Amma “imperiyanı bərpa eləmək fikrimiz yoxdur” sözlərindən cəmi bir gün qabaq Moskva Donbasdakı iki separatçı qurumu tanıdı. Bir gün sonra isə Ukraynaya ordu yeritdi. Bundan 8 il qabaq - 2014-cü ildə Krımı, 2008-də isə Abxaziya və Cənubi Osetiyanı ilhaq eləmişdi. İndi biz gördüyümüzə inanaq, yoxsa bəyanata?..

Bunu da xüsusi vurğulayaq ki, ta müharibə başlayan günədək Rusiya rəsmiləri bir ağızdan deyirdilər ki, Ukraynaya heç bir hərbi müdaxilə planlaşdırılmır, bu, Qərbin, NATO-nun, ABŞ-ın uydurması, təbliğat savaşıdır, ağ yalandır. Az qala Zelenski də inanmışdı buna. Fəqət, uydurma deyilmiş.

Putin “ikinci SSRİ”ni necə quracaq? - TƏHLİL

Bu yerdə Putinin daha öncə “SSRİ-nin dağılmasına sevinənlərin ürəyi, bərpasını zənn edənlərin isə ağlı yoxdur” sözlərini də yada salmaq olardı. Əlbəttə, SSRİ-nin əvvəlki qiyafədə bərpası qeyri-realdır. Siyasətdə bir suya iki dəfə girmək mümkünsüz. Bundan ötrü ən əvvəl kommunist ideologiyasına bənzər ideologiya tapılmalıdır. O da yoxdur. Hər necə olmasa, “qırmızı imperiya”nın çöküşündən sonrakı 30 ildə postsovet məkanında yeni bir nəsil yetişib. Putin isə Lenin deyil. Lakin başqa adla, başqa qiyafədə SSRİ-nin bərpasına cəhdlər təbii ki, istisna deyil. Rusiyanın Ukrayna bataqlığından qalib kimi çıxması bu xüsusda onun iştahını aça bilər.

Bu səbəbə azad dünya, müstəqillik və azadlıqsevər xalqlar, beynəlxalq normaları, elementar insani haqlarını ayaqaltı edib Ukraynaya soxulan Rusiyanın qələbəsini arzulaya bilməz. İmkanlı Avropanın, kollektiv Qərbin güclü dirənişi də öz yerində. Təbii ki, ermənilər qismində müti və daim özünə ağa axtaran kölə xalqlar istisnadır. Onlar həmişə qul xislətli, vassal və müti olublar, belə də qalacaqlar. Söz düşmüşkən, Kremlin nökəri Ramzan Kadırovin dəstələrinin ardınca erməni silahlıları və terrorçularının da Ukraynaya qarşı döyüşdüyü haqda xəbərlər var. Onlardan birini hətta Ukrayna hərbçiləri əsir götürüb...

Putin SSRİ-nin dağılmasından 30 il sonra zamanı geriyə döndərmək istəyir...  - ŞƏRH

Bu il qara yubileyi olacaq (1922) SSRİ-nin bərpası ehtimalına gəlincə, nəzərə alsaq ki, Rusiyanın ən yaxın müttəfiqi Belarus belə, Donbasdakı separatçı qurumları tanımaqdan imtina edib, özünə hörmət edən heç bir ölkə Ukrayna ilə bağlı Putinin yanında yer almır, almayacaq, ən pis halda neytral qalır, eyni zamanda Rusiyaya qarşı ağır təsirləri hələ uzun on illər sürəcək öldürücü sanksiyalar ard-arda gəlir, demək ki, Kiyev müvəqqəti rusların nəzarətinə keçsə belə, bu, Putinin zəfəri sayılmayacaq. Bir dəfə yazdığımız kimi, yalnızca “Pirr qələbəsi” olacaq - astarı üzündən baha başa oturan, məğlubiyyətə bərabər qələbə.

Postsovet ölkələri isə nəticə nə olur-olsun, Ukrayna insidentindən sonra Rusiyadan daha da çəkinəcək, o üzdən ona qarşı daha ehtiyatlı davranıb özünümüdafiə haqda daha dərindən düşünəcək, nəinki Kremlə sevgisi, rəğbəti yaranacaq. Çünki bir aforizmdə deyildiyi kimi, “nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən...”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+