Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1298
16.02.2022, 00:40
Azərbaycanda vətəndaşları narahat edən məsələlərdən biri də bir sıra fərdi yaşayış evlərinin sənədsiz olmasıdır.
Oxu24.com xəbər verir ki, bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, Abşeron rayonu və digər yerlərdə müşahidə olunur.
Vətəndaşlar evlərini tiksələr də, qaz, işıq və su pullarını ödəsələr də mənzilləri qanunsuz tikili sayılır. Bu evlərin niyə sənədi yoxdur, nə üçün onlar qanunsuz tikili sayılır?
Məsələ bundan ibarətdir ki, vətəndaşların qanunauyğun tikilisi olması üçün tikintinin aparılacağı qanuni torpaq sahəsi olmalıdır. Bu torpaq sahəsi vətəndaşa satılmış olmalı, bağışlanmalı və ya hər hansı dövlət orqanı tərəfindən ayrılmış olmalıdır.
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində bildirib ki, dünyada yeknəsəq sənədləşdirmə metodologiyası əvəzinə, mərhələli və özündə ictimai, sosial transformasiyanı nəzərdə tutulan metodlar tətbiq olunur:
"Artıq bizdə də bu iş gedir. 2015-ci ildə Prezidentin 439 saylı fərmanı çıxmışdı. Bu, ictimaiyyətimizə sənədsiz evlərin sənədləşdirilməsi kimi əks olunmadı. Amma həmin tarixə qədər sənəd hesab edilməyən Sovet İttifaqı dövründə müxtəlif orqanlar tərəfindən verilmiş və əslində mülkiyyət hüququnu təsdiq etməyən sənədlərə mülkiyyət hüququ tanındı. Bununla 110 mindən çox vətəndaş çıxarışlarla təmin olundu.
Eləcə də 529 saylı fərmanla çox sayda mənzil sahibləri sənədləşdirmədən kənarda qaldığı halda artıq sənədləşdirildi. Həmçinin Şəhərsalma Komitəsi və İcra Hakimiyyətlərində pilot layihələrlə özbaşına tikililərin ləğv edilməsi və vətəndaşların daha müasir komplekslərə köçürülməsi prosesi gedir. Hesab edirəm ki, sənədsiz evlərlə bağlı bu fəaliyyət mərhələli şəkildə davam edəcək.
İnfrastruktura, Xəzərin mühafizəsinə mane olmayan hissələr getdikcə sənədlərin əhatə dairəsinə daxil ediləcək. Yaşayış üçün təhlükəli olan, eləcə də meşələrimizin, kənd təsərrüfatı təyinatlı torpaqlarımızın zərər görməsi ilə nəticələnən massivlər isə transformasiya olunaraq əvvəlki vəziyyətinə qaytarılacaq. Yəni daha düzgün, şəhərsalma qaydalarına uyğun komplekslərlə əvəzlənəcək".
Bakıda avtobusda qadına qarşı əxlaqsızlıq kameraya düşdü: Polis iki oğlanı tutdu
22:26 / 04 Noyabr 2026
11
22:22 / 04 Noyabr 2026
42
22:16 / 04 Noyabr 2026
513
22:14 / 04 Noyabr 2026
56
22:03 / 04 Noyabr 2026
56
21:58 / 04 Noyabr 2026
78
21:46 / 04 Noyabr 2026
67
21:39 / 04 Noyabr 2026
119
21:32 / 04 Noyabr 2026
64
21:28 / 04 Noyabr 2026
75
21:26 / 04 Noyabr 2026
177
21:13 / 04 Noyabr 2026
203
21:04 / 04 Noyabr 2026
94
21:03 / 04 Noyabr 2026
123
21:00 / 04 Noyabr 2026
110
20:58 / 04 Noyabr 2026
79
20:54 / 04 Noyabr 2026
35
20:51 / 04 Noyabr 2026
82
20:47 / 04 Noyabr 2026
91
20:44 / 04 Noyabr 2026
124
20:41 / 04 Noyabr 2026
94
20:33 / 04 Noyabr 2026
335
20:28 / 04 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.