Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
492
17.01.2022, 22:04
2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb.
Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da bir qrup mütəxəssis bunun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.
Nəhayət, 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.
Beləliklə, BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi.
Bundan əlavə bu günlərdə Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan “Panasonic” də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı.
Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.
Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələri davam edirlər.
Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur.
Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Əmək Nazirliyi eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.
Bəzi rəylərə görə isə həftəlik iş günlərinin azaldılması əmək haqlarının da həcminin azalmasına səbəb ola bilər:
Oxu24.com xəbər verir ki, məsələni "report"a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirovun bildirdiyinə görə, həftəlik iş günlərinin qısaldılmasında əsas məqsəd ödənişləri azaltmaq deyil, iş keyfiyyətini artırmaqdır:
“Artıq dünyada tanınmış bir sıra özəl təsərrüfat subyektləri, iri korporasiyalar iş günləri ilə bağlı fərqli yanaşmalar tətbiq edir. Pandemiya dövründə bu məsələ daha da aktivləşib.
Hətta “Google” kimi bir sıra beynəlxalq iri şirkətlər əməkdaşın işə gəlməsi və getməsi, həmçinin onun nə zaman istirahət etməsi ilə bağlı qərarı işçinin öz ixtiyarına buraxır.
Belə şirkətlərdə əməkdaşa yalnız tapşırıq verilir və o tapşırığı icra etmək üçün müddət müəyyən edilir. Yəni bu vəzifəni əməkdaş nə zaman və necə icra edəcək, özü bilər. Şirkətə əsas nəticə lazımdır!
Həmçinin oxuyun
ABŞ-da yaşayıb, işləyən insanlar var ki, pandemiya dövründə ölkəmizə gəliblər. Amma heç bir problem olmadan buradan öz işlərini onlayn qaydada idarə edirlər. Çünki mərkəzi serverlər onlayn formatda işlər görülməsinə imkan yaratdığı üçün işçinin öz vəzifələrini yerinə yetirmək üçün işlədiyi yerə gəlməsinə ehtiyac olmur.
Şərq və müsəlman ölkələri arasında ilk dəfə BƏƏ bu sistemi tətbiq etməyə başladı. İslam aləmində həftənin cümə günü müqəddəs gün olduğu üçün bu ölkə Qərbdə formalaşmış iş rejimini tətbiq etməyə başladı. Hesab edirəm ki, bundan sonrakı dövrlərdə və digər dövlətlərdə də buna oxşar qərarların şahidi olacağıq.
Şirkətlərdə və ölkələrdə bu tipli qərarların qəbul edilməsinin əsas məqsədi ödənişlərə yaxud pula qənaət edilməsi deyil, görülmüş işlərin keyfiyyətinin yüksəldilməsidir.
Çünki artıq cəmiyyət, yaxud insan psixologiyası elə bir səviyyəyə çatıb ki, insanlar daha çox işlədiyi zaman keyfiyyət aşağı düşür. Əgər insan düşünürsə ki, həftənin 4 günü işləyib, 3 gün istirahət edəcək, o zaman çalışır ki, 4 gündə daha çox məhsuldarlıq ortaya qoysun. Bu isə həm əməkdaşın, həm də onu işə götürən şirkətin qazanması deməkdir.
Bir məsələni də nəzərə almaq lazımdır ki, əməkdaşın iş yerinə 1 gün artıq gəlməsi o şirkətə müəyyən məbləğdə xərc sərf edir.
Bu, özünü işıq, su, internet kimi xidmətlərdə, bəzi şirkətlərdə hətta nahar xərclərində büruzə verir. Amma 4 gün işləyib 3 gün dincəlmək həm iş keyfiyyətini artırır, həm əməkdaşın işəgötürənə münasibətini yaxşılaşdırır, həm də xərcləri azaldır. Bir sözlə, hansı kontekstdən baxsaq, həftədə 4 günlük iş rejimi özünü real olaraq doğruldur.
Düşünürəm ki, ölkələrdə bununla bağlı qərarlar tədricən veriləcək və yəqin ki, buna zaman tələb olunur deyə bir qədər bu strajeti qərarın verilməsi vaxt alır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil:
“Əmək Məcəlləsinə əsasən, ölkədə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz”.
Qurumun açıqlamasında deyilir ki, bu qərar özəl sektora da şamil edilir: “Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Məcəllənin 107-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir”.
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
1
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
4
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
9
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
9
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
14
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
14
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
29
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
35
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
94
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
100
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
132
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
115
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1579
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
159
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
126
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
139
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
143
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
149
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
149
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
148
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
332
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
145
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
134
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
697
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.