Qaynar xətt:

(+99450) 247 90 86

VANQA Prezidentlərin Ölümündən NƏ DANIŞIB? - ŞOK VİDEO

VANQA Prezidentlərin Ölümündən NƏ DANIŞIB? - ŞOK VİDEO

ÖZƏL BÖLÜM

1999

01.01.2022, 19:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

12 yaşında görmə qabiliyyətini ömürlük itirən Vanqa illər sonra bütün dünyanı “görüb”, özü də real zamanda deyil, gələcək hadisələrlə.

Bolqar görücüsünün, 20-ci əsrin məşhur bilicisinin kor olmasının səbəbi haqqında dəqiq informasiya olmasa da, əsas iki səbəb göstərilib. Onlardan biri Vanqanın cinayətkarlar tərəfindən 12 yaşında zorlanması nəticəsində görmə qabiliyyətini itirməsidir.

Digər səbəb isə Vanqa 12 yaşında qohumlarının evindən qayıdanda qasırğaya düşüb, güclü külək onu zərblə yerə çırpıb, hətta Vanqanı bir sutka tapa bilməyiblər. Bu hadisədən sonra isə o, kor olub.

Vanqa II dünya müharibəsi başlanandan sonra məşhurlaşıb. Onun müharibədə itkin düşənlər haqqında fikir söyləməsi, onların sağ qalıb-qalmaması və yerləri haqqında məlumat verməsi sözün əsl mənasında möcüzə kimi qəbul edilib.

Qısa zamanda bütün dünyada tanınmağa başlayan Vanqa dövlət başçılarının da diqqətindən kənarda qalmayıb. Bir çox dövlət başçıları açıq, yaxud da gizli şəkildə Vanqanın yanında olublar, onun proqnozlarını eşitmək istəyiblər.

Vanqanın siyasi proqnozlarına qarşı fikirlər birmənalı qarşılanmayıb. Fakt odur ki, ona inananlar da, inanmayanlar da bu proqonozlara biganə qalmayıblar. Məsələn, bəzi amerikalı alimlər Vanqanın yazıları oxunmadan bir sənəd haqqında söylədiyi fikirlərin dəqiqliyini təsdiqləyiblər. Yəni, Vanqa bir sənədi oxumadan onun içindəkilər və həmin sənədin icrasının gələcək nəticələri haqqında fikir söyləməyi bacarıb. Bir çoxları isə bunu absurd adlandırıb. Amma fakt odur ki, bu “bacarığına” görə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Vanqanı “oğurlayıb” öz xidmətlərinə cəlb etmək haqqında da düşünüblər.

Siyasi proseslər haqqında proqnozlar verməsi Vanqaya böyük problemlər yaradıb. Düzdür, bir müddət ona toxunmayıblar. Buna səbəb isə Vanqanın qardaşı Vasilin partizan hərəkatında olduğu zaman göstərdiyi qəhrəmanlıq olub.

Məlum olduğu kimi, Bolqarıstan 1941-ci ildə Almaniya, İtaliya, Yaponiya ittifaqına qoşulub. 1944-cü ildə isə sovet ordusu ölkəni öz nəzarəti altına keçirib. Həmin ərəfədə Vasil şərq cəbhəsində körpünü partladaraq alman qoşunlarına böyük ziyan vurub, sonda isə faşistlər tərəfindən həbs edilərək güllələnib. Bu fakt Vanqanı bir müddət təzyiqlərdən qoruyub.

1945-ci ildə yeni hökumət üçün Vanqa əhalini çaşdıran, öz fəaliyyəti ilə qarışıqlıq yaradan “mənfi element” sayılıb və o, həbs edilib. Araşdırmaçı İrina Nekrosova müəllifi olduğu “Vanqa - möcüzəvi şəfalar və aydınlıq fenomeni” kitabında qeyd edib ki, məşhur görücüyə Bolqarıstan məhkəməsi ən ağır hökm, ölüm hökmü hazırlayıb. Amma bu dəfə də Vanqanı qeyri-adi bacarığı xilas edib. Bolqarıstan sərhəd xidmətinin ali rütbəli zabiti məxfi yazılar olan qovluğu sərhəddən keçirərkən meşə ərazisində itirəndə Vanqaya müraciət olunub. Vanqa sənədlərin hansı ərazidə olduğunu dəqiqliklə söyləyib. Bu hadisədən sonra onun haqqında olan məhkəmə işinə xitam verilib.

Vanqanın bir çox proqnozları ya təsadüfdənmi, ya da qeyri-adi öngörücülükdənmi həqiqətə çevrilib. 1941-ci ilin yazında Vanqa nasist rəhbərlərinə müraciət edib. O bildirib ki, Almaniyanın SSRİ-yə hücumu Hitlerin ölümlə nəticələnəcək səhv addımı olacaq.

Məşhur görücünün Stalin haqqında dediyi sözlər isə onu yenidən həbsxanaya saldırıb. 1952-ci ildə o, Stalinin ömrünə altı ay qaldığı haqqında fikir söyləyib. Vanqanın bu proqnozunu Stalinə çatdırıblar və bir neçə gün sonra o, həbs olunub. Bəzi versiyalara görə, Vanqanın həbsini Stalinin göstərişi Lavrenti Beriya gerçəkləşdirib.

Həqiqətən də Vanqanın Stalinin ölümü ilə bağlı verdiyi proqnozdan altı ay sonra sovet lideri vəfat edib. Sovet liderinin dəfnindən bir neçə gün sonra Vanqa azadlığa buraxılıb.

Vanqanın sonrakı həyatı sakitliklə ötüşüb. Kommunist rejiminin hökm sürməsinə baxmayaraq Bolqarıstan Kommunist Pariyasının baş katibi Todor Jivkov Vanqanın xidmətlərini dövlət qulluğu reyesterinə salıb. Vanqanın qəbuluna düşmək istəyən yerli sakinlər 10 lev, xarici vətəndaşlar isə 50 dollar ödəyiblər. Bu xidmətlə Vanqa Bolqarıstanın büdcəsinə 10 milyon ABŞ dollarından artıq vəsait köçürüb.

Todor Jivkovun özü də iki dəfə Vanqanın qəbulunda olub. Vanqa ona “sənin dostların öldürüləndə, sən zirzəmidə gizlənmişdin” deyəndə Jivkov təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, Vanqa 11 avqust 1996-cı ildə Sofiyada, “Lozinets” klinikasında onkoloji xəstəlikdən müalicə olunarkən, döş nahiyəsində yaranmış şişlərin cərrahiyyə əməliyyatı vasitəsilə götürülməsindən imtina etdikdən sonra vəfat edib.

Ölümündən əvvəl Vanqa ona məxsus olan əmlakların dövlətə verilməsini vəsiyyət edib.

 

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

109

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

111

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

649

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

138

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

135

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

119

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

124

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

122

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

138

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

146

0
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

12:05 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

287

0
Prezident İlham Əliyev xalqa müraciət edib 

11:59 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev xalqa müraciət edib 

786

0