Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
1038
17.11.2021, 22:49
“Ermənistan dünənki döyüşlərdəki itkilərini gizlədir. Soruşmaq lazımdır ki, sənin 24 əsgərin hara getdi, kosmosa uçublar?! Təbii ki, ənənələrinə sadiq qalaraq itkilərini gizlətməklə məşğuldurlar. Ermənistan bu təxribatlarla öz havadarlarının sifarişlərini yerinə yetirir. Ermənistan kimdir ki, masa arxasına oturmasın?! Əgər təkbətək qalsalar, Azərbaycan Ermənistanı elə ilk həmlədəcə yerində otuzdurar. Sadəcə, bu oyunu oynayan iri dövlətlər buna imkan vermirlər”.
Oxu24.com xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, biz ötən gün 41 kvadratkilometrlik ərazilərimizə nəzarəti bərpa etdik:
“Həmin ərazilər hər zaman bizim olub. Ermənilər zaman-zaman metr-metr həmin ərazilərə yiyələniblər, öz postlarını qurublar. Əsgərlərimiz də həmin ərazilərimizdə nəzarəti bərpa etdilər. Ermənilər Paşinyanın dediyi kimi, ərazi itirməyib, Azərbaycan öz ərazilərinə nəzarəti bərpa edib, orada möhkəmlənib. Xəritələrdə də həmin ərazilər çox aydın şəkildə görünür. Azərbaycan Ordusunun kifayət qədər silah-sursatı var. Düşünürəm ki, Azərbaycan özünün müdafiəsini təmin etmək üçün hər bir imkana malikdir. Yeganə məsələ Ermənistanı yerində oturtmaq, bu istiqamətdə işlər aparmaqdır. Ermənistan və Rusiyanın cinayətləri ucbatından bizim şir kimi oğullarımız şəhid olublar. Azərbaycan oğulları həmin yüksəkliklərin üstünə çıxsalar, Ermənistan əsgərlərinin bağrı yarılar. Sadəcə olaraq suları bulandıran Rusiya və Fransadır”.
Həmçinin oxuyun
Polkovnikin fikrincə, ermənilərin bu təxribatları bizi qarşıda gözləyən böyük təxribatların işartılarıdır:
“Nə qədər ki, rusiyalı sülhməramlılar özlərini yekəxana aparacaqlar, nə qədər ki, Ermənistanın havadarlarının həyasızlığı artacaq, bu məsələ öz həllini tapmayacaq. Rus sülhməramlıları 3 əsgərimizin həyatına sui-qəsd edən terrorçu Mirzoyanı Ermənistana qaytarırsa, onların üzünə tüpürmək lazımdır. Onları iti qovan kimi ərazilərimizdən qovmalıyıq. Biz öz ərazimizdə erməni terrorçularını tərk-silah edirik, sülhməramlılar onu Ermənistana qaytarır. Bütün bunların qarşısı vaxtında alınmasa, Ermənistan 1 dəfə yox, 100 dəfə təxribat törədəcək. Ermənilərin və onların havadarlarının qarşısı alınmasa, biz yenə də oğullarımızı itirəcəyik, şəhidlər verəcəyik. Yaralananlarımız olacaq. Rusiyalı sülhməramlılar özlərini normal şəkildə aparmırlar”.
Üzeyir Cəfərovun sözlərinə görə, biz düşünürük ki, Rusiya Ermənistanı ağıllandıracaq, amma bu, mümkün olmayacaq:
“Rusiyanın Müdafiə naziri Sergey Şoyqu sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovu məzuniyyətdən geri çağırıb. Təxribatçı erməni əsirlər məsələsi ilə bağlı yenidən onu dövriyyəyə buraxmaq istəyir. Təxribatçı əsir Ermənistana qaytarılmamalıdır. Onların hər biri məhkəmə qarşısına çıxarılmalı, cəzalandırılmalı və layiq olduqları cəzaları almalıdırlar. İndi Rusiya, Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədi ilə bağlı məsələləri müzakirə etməyə başlayıb. Yenidən ABŞ-ın Dövlət Departamenti, ATƏT-in Minsk qrupu üzə çıxıb. Bu vaxta qədər görünmürdülər və bir dənə də olsun addım atmırdılar. Ermənistan onların əlində alət olduğu üçün ona bu qədər havadarlıq edirlər. Ermənistan onlar üçün çox vacib bir “maşa”dır, istədikləri vaxt sağa-sola fırladırlar. Rusiya istəyir ki, müzakirələr uzansın. Müzakirələr nə qədər uzansa, Moskvanın Ermənistanın yanında hörməti, çəkisi artacaq”.
00:33 / 12 İyul 2025
Moskvda nə baş verib? - Yaralılar var
199
00:02 / 12 İyul 2025
Tovuz döyüşlərindən 5 il ötür
250
23:56 / 11 İyul 2025
70 qəpiyə satılan "ölüm içkiləri"
57
23:54 / 11 İyul 2025
Dünyanın ən nadir qan qrupu kəşf edildi
59
23:51 / 11 İyul 2025
Pensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ
62
23:27 / 11 İyul 2025
Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı... - Təranə Vəlizadə kimdir?
688
23:21 / 11 İyul 2025
Youtube rusların pulunu kəsdi
55
23:14 / 11 İyul 2025
Çimərlikdə hava necə olacaq?
132
22:51 / 11 İyul 2025
Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR
659
22:49 / 11 İyul 2025
Otağa niyə girdiyinizi unudursunuzsa... - Elmi səbəbi açıqlandı
152
22:35 / 11 İyul 2025
Bu ərazidə qaz olmayacaq
101
22:23 / 11 İyul 2025
SON DƏQİQƏ! Ukrayna Moskvada mühüm mərkəzi vurdu
1118
22:22 / 11 İyul 2025
Əmək Məcəlləsinə maaşla bağlı dəyişiklik edildi - 6 ay müddətində...
73
21:57 / 11 İyul 2025
Fransa İlon Maskın sosial şəbəkəsini araşdırır
64
21:46 / 11 İyul 2025
Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı
2166
21:43 / 11 İyul 2025
Rusiyada miqrant "ovu" davam edir
74
21:38 / 11 İyul 2025
Slovakiya Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yenidən bloklayır
68
21:33 / 11 İyul 2025
ABŞ Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
65
21:27 / 11 İyul 2025
Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü - FOTO
167
20:55 / 11 İyul 2025
Merz Rusiyadan Ukraynaya 500 milyard avro köçürməsini tələb edir
140
20:53 / 11 İyul 2025
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
370
20:35 / 11 İyul 2025
"Zara"nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı - FOTO
206
20:17 / 11 İyul 2025
Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
132
19:27 / 11 İyul 2025
Prezident Ərdoğan Somali prezidenti Məhəmmədlə görüşüb
91
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.