Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2122
17.06.2021, 13:02
Türkiyənin TV100 kanalının reportyoru, ötən ilin payızında 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycandan operativ reportajlar yayan Burak Ersemiz həmin günlərdə Goranboyda dostlaşdığı polis zabiti ilə prezident Rəcəb Tayyib Ərdoğanı Şuşaya səfərdə müşaiyət edərkən yenidən görüşüb. Məlum olub ki, reportyorun dostlaşdığı polis zabiti indi Şuşanın polis rəisidir.
Burak Ersemiz Ermənistan ordusunun cəbhəyanı yaşayış məntəqələrini, habelə Gəncəni bombalaması haqda xəbərləri, hadisə yerindən operativ kadrları dünyaya ilk çatdıran jurnalistlərdən olub. Virtualaz.org xəbər verir ki, TV100 kanalının başda Burak Ersemiz olmaqla çəkiliş qrupu o cümlədən düşməndən azad edilən ərazilərə də ilk dəfə daxil olan KİV mənsubları idi və onlar Talış kəndindən, Cəbrayıldan və digər ərazilərdən reportajlar verirdilər.
Burak Ersemiz özünün sosial media hesabında yazıb ki, həmin müharibə günlərində Goranboyun Tap-Qaraqoyunlu kəndində əslən Şuşadan olan polis zabiti Samədlə (Saməd Məhərrəmov) dostlaşıb. "44 günlük savaşda tanıdıq Saməti. İnanılmaz dərəcədə ürəkli idi. Tap Qaraqoyunluda logistika və təhlükəsizlik işlərinə cavabdehlik daşıyırdı. Qardaş kimi olduq. Şuşalıydı. İşğaldan sonra ailəsi ilə birlikdə torpaqlarını tərk etmək məcburiyyətində qalmışdı. Qarabağ azad olunanda birlikdə sevindik. Müharibədən sonra Şuşada xidmət etdiyini eşitmişdim. Bülent Kordemirci ilə Şuşaya çatar-çatmaz ilk qarşılaşdığım polisə onun fotosunu göstərdim. Baxdı və telefonla ona zəng vurdu. Dedi burada mətbuat işçiləri var, əllərində də sənin şəklin. Saməd həmin polisə "dərhal yanıma gətirin” deyib. Mindik polis maşınına, getdik polis mərkəzinə. Qapıda qarşıladı...qucaqlaşdıq. 14 yaşında ayrıldığı Şuşaya qovuşmuşdu. Gözləri doldu. İndi o, Şuşanın polis rəisidir. Bütün Şuşa ona əmanətdir. Samət qardaşımız da Allaha əmanət”,-türkiyəli telereportyor yazıb.
Bülent Ersemizin bu qeydlərini bir sıra Türkiyə nəşrləri geniş xəbərə çeviriblər və dərc ediblər.//virtualaz.org
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.