Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3615
07.05.2021, 18:38
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Oxu24.com DTX-nin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.
Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.
Qeyd olunan faktlarla bağlı DTX-də başlanılan cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

11:55 / 12 Noyabr 2026
7
11:50 / 12 Noyabr 2026
14
11:36 / 12 Noyabr 2026
44
11:35 / 12 Noyabr 2026
51
11:34 / 12 Noyabr 2026
42
11:31 / 12 Noyabr 2026
54
11:24 / 12 Noyabr 2026
215
11:21 / 12 Noyabr 2026
52
11:19 / 12 Noyabr 2026
71
11:05 / 12 Noyabr 2026
66
11:00 / 12 Noyabr 2026
81
10:45 / 12 Noyabr 2026
98
10:39 / 12 Noyabr 2026
103
10:36 / 12 Noyabr 2026
90
10:27 / 12 Noyabr 2026
255
10:20 / 12 Noyabr 2026
96
10:18 / 12 Noyabr 2026
87
10:05 / 12 Noyabr 2026
217
09:51 / 12 Noyabr 2026
98
09:48 / 12 Noyabr 2026
99
09:42 / 12 Noyabr 2026
276
09:36 / 12 Noyabr 2026
109
09:22 / 12 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.