Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
5408
06.05.2021, 09:15
Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonunda tanınmış müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, magistralın 60-cı kilometrliyində - Ələt qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü A.Hüseynovun sürdüyü BMW markalı avtomobilin qarşıda hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılarkən saatda təxminən 90 km sürətlə hərəkət etməsi müəyyən edilib.
Belə ki, sübh saatları insanların yuxuya ən çox ehtiyac duyduğu vaxt hesab edilir. Həmçinin sürət həddinin yüksək olmamasına baxmayaraq müğənninin baş nahiyəsindən ağır zərbələr alması onun kəməri taxmaması versiyasını gücləndirir.
O da məlum olub ki, hadisədən dərhal sonra yaxınlıqdakı şəxslərin köməkliyilə A.Hüseynovun cansız bədəni maşından çıxarılıb. Lakin oradakı insanların heç biri ölən şəxsin tanınmış müğənni olduğunu bilməyib. Çünki baş nahiyəsində çoxlu qan olduğundan A.Hüseynovun üz nahiyəsi tanınmaz halda olub. Yalnız morqa gətirilib yuyulduqdan sonra oranın əməkdaşları vəfat edən şəxsin müğənni Aslan Hüseynova oxşadığını bildiriblər. Bundan sonra onun ailə üzvləri xəstəxanaya dəvət edilib və tanınma prosesi keçirilib.
Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, bu ilin 17 may tarixində A.Hüseynovun 54 yaşı tamam olacaqdı. Ötən ay isə onun anası vəfat edib.
11:55 / 12 Noyabr 2026
28
11:50 / 12 Noyabr 2026
40
11:36 / 12 Noyabr 2026
54
11:35 / 12 Noyabr 2026
63
11:34 / 12 Noyabr 2026
91
11:31 / 12 Noyabr 2026
63
11:24 / 12 Noyabr 2026
237
11:21 / 12 Noyabr 2026
59
11:19 / 12 Noyabr 2026
88
11:05 / 12 Noyabr 2026
76
11:00 / 12 Noyabr 2026
85
10:45 / 12 Noyabr 2026
102
10:39 / 12 Noyabr 2026
109
10:36 / 12 Noyabr 2026
93
10:27 / 12 Noyabr 2026
261
10:20 / 12 Noyabr 2026
99
10:18 / 12 Noyabr 2026
88
10:05 / 12 Noyabr 2026
228
09:51 / 12 Noyabr 2026
100
09:48 / 12 Noyabr 2026
100
09:42 / 12 Noyabr 2026
281
09:36 / 12 Noyabr 2026
110
09:22 / 12 Noyabr 2026
784
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.