Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1901
02.03.2021, 22:48
Ötən həftə Norveç sahili Rusiya ilə NATO-nun şərti döyüş zonasına çevrilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Forbes” yazıb.
David Axe adlı müəllifin yazdığına görə, Rusiya və Şimal Alyansının orduları bu regionda qarşı-qarşıya gəliblər.
Norveç, Kanada və Almaniyanın hərbi gəmiləri, F-35 qırıcıları və ABŞ Hərbi Hava Qüvvələrinin B-1 bombardmançı təyyarələri Norveçin qərb sahilində təlim keçiblər.
Onlar radioelektron mübarizə və düşmənin hərbi gəmilərə qarşı raketlərin məhv edilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. NATO-nun “Dynamic Guard” adlı təlimlərinə Kanadanın "Qalifaks” freqatı və Norveçin Hərbi Dəniz Qüvvələrinin “Steyl” və “Storm” raketli katerləri qoşulublar. Almaniyanın “Şpessart” tankeri isə öz növbəsində onlara dəstək verib.
Manevrlərdə iştirak etmək üçün Norveçin mərkəzi hissəsində yerləşən aviabazadan ABŞ-ın iki B-1 strateji bombardmançı təyyarəsi havaya qalxıb.
Müəllif yazır ki, NATO-nun hərbi gəmiləri Norveçin qərb sahilində təlimlər keçirən zaman Rusiya hərbi donanması ölkənin şərq sahilində təlimlər keçirib. Rusiyanın “Marşal Ustinov” raketli kreyseri NATO-nun sualtı gəmilərinə zərbə endirməyi məşq edib.
Kreyser Barens dənizinə Severemorskdan çıxıb. Hərbi gəmi sualtı gəmilər və gəmilərə qarşı aviasiya ilə qarşılıqlı fəaliyyəti məşq edib, təlim axtarışı həyata keçirib, eləcə də dəniz gəmilərinə qarşı silahla atışları icra edib.
Manevrlər bitəndən sonra Kreyser Severemorska qayıdıb, lakin bunu başqa marşrutla həyata keçirib. Dünyada ən güclü yerüstü hərbi gəmilərdən biri hesab olunan “Marşal Ustinov” cənuba – Vranger-fyorda, Rusiya və Norveçin dəniz sərhədi keçən yerə istiqamət götürüb.
Onun cənuba çatması Amerika B-1 bombardmançılarının Norveçə çatması ilə eyni vaxta düşüb.
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.