30 illik işğala 44 günə son qoyuldu. Azərbaycan nə qədər güclü dövlət olduğunu bütün dünya gördü! Bəli, ilk baxışdan kimlərsə burada pafos axtara bilər, amma hər şey hamımızın gözü önündə baş verdi axı...
Bu kimi videoların davamı üçün aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək ola bilərsiniz.
Hazırda Qarabağda orada uzun illərdir yaşayan dinc ermənilər də yoxdur, qaçıb gediblər. Qayıdacaqlarmı? Bu, onların öz seçimidir, istəsələr Azərbaycan vətəndaşları olan və olmuş ermənilər qayıdıb sakit, dinməz, Konstitusiya və qanunlarımıza hörmət, sayğı göstərərək yaşaya bilərlər. Bizim dinc erməni ilə nə işimiz? Bakıda, respublikamızın digər rayonlarında 10 minlərlə erməni yaşayır 30-40-50 ildir. Hətta Kürdəmirdə Ermənistanın sabiq müdafiə nazirinin bacısının yaşaması faktı da var, bu günlərdə mətbuata müsahibə də vermişdi... Söhbət bu deyil, zatən biz ilk gündən demişik, Qarabağ sakini olmuş dinc ermənilərin burada yaşamasında heç bir problem olmayacaq və onların təhlükəsizliyinə təminat verilir.
Yəni bu fikrə köklənməyək ki, Qarabağda bir erməni də yaşamamalıdır. Problemin bu cür həlli, bu cür sülh planı mövcud və mümkün deyil, bu, bir reallıqdır. Qarabağda sadəcə bir erməni əsgəri qalmayacaq, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı sənəddə də bütün Qarabağın Azərbaycanın ərazisi olduğu, yalnız Ermənistan-Azərbaycan sərhədlərindən söhbət getdiyi birmənalı əksini tapır.
Ağdərə ümumiyyətlə, niyə sual doğurur, anlaşılmır: Ağdərə rayon kimi 1992-ci ildə ləğv edilib, bir hissəsi Tərtər, bir hissəsi Ağdam, bir hissəsi isə Kəlbəcərə verilib. Tərtər ərazisindəki böyük bir hissəni döyüşüb almışıq, Suqovuşan, Talış və s. Qalan hissəsi isə Ağdamla, Kəlbəcərlə birgə qayıdır Ağdərəmizin.
Xocavənd qeyd etdiyimiz kimi, əksərən bizdə, Xocalının kəndlərinin bir hissəsi bizdədir. Ordumuzun işğaldan azad etmiş olduğu, tvitlərdə elan olunmuş kəndlərin siyahısına baxın, mənzərəni aydın görəcəksiniz...
Xankəndi isə birmənalı olaraq Azərbaycan ərazisidir. Bundan söhbət belə gedə bilməz. Çünki nə Dağlıq Qarabağ Muxtar Vilayəti var, nə də imzalanan sənəddə Dağlıq Qarabağın statusundan söhbət gedir. Ona görə də Xankəndi, Xocavənd, Xocalı haqda baş sındırmağa dəyməz axı. Dağlığı da, yuxarısı da, aşağısı da, eni də, uzunu da – rəsmi tanınan Azərbaycan-Ermənistan sərhədləri boyunca bütün torpaqlarımız bizim ərazimizdir, sənədlə də, faktiki də!
Xankəndi, Xocalı qarşıdakı müddətdə ayrıca rayonmu, qəsəbəmizmi elan ediləcək, yoxsa o da Ağdərə kimi digər şəhər və rayonlarımızın – Şuşa, Kəlbəcər, Laçın – arasında bölüşüdürləcək, bunu zaman göstərəcək və bütün hallar ən doğru olan qərar veriləcək. Bizə Qarabağı işğalçıdan alıb qaytaran sərkərdə Xankəndi məsələsini də məhz bu cür həll edəcək. Qətiyyən narahatlıqlara ehtiyac yox! Baxmayaraq son 50 ildə orada yaşayan ermənilər sayca üstünlük təşkil edib... İndi də yaşaya bilərlər, tarixi, faktiki, hüquqi Azərbaycan ərazisi olaraq!
Qardaşlar, bacılar, lütfən, diqqəti ona yönəldin ki, Qarabağ tam olaraq Azərbaycandır! Qələbə bizimdir! Ermənistan kapitulyasiya elan edib. Baxın Ermənistana, görün nə deyirlər, nə danışırlar, nə edirlər. İnqilab edirlər artıq ermənilər! Azərbaycanın bu qələbəsi çox möhtəşəm qələbədir! Bəziləri isə nədənsə gileyli və təşvişlidir. Qarabağ alınıb, üstəlik 3 rayon şəhidsiz verilir, Dağlıq Qarabağa heç bir status da vermirik. Üstəgəl, Naxçıvana dəhliz almışıq: Bu da özlüyündə, mənəvi olaraq Qarabağ qələbəsinin yarısına bərabər bir zəfərdir. Əlavə olaraq Qazaxın işğal altında olan 7 kəndi də qayıdır. Naxçıvanın işğal altındakı bir kəndi – Kərki kəndi də eynilə. Sərhədlərimiz, ərazi bütövlüyümüz tam təmin olur.
Sülhməramlı missiya da Türkiyənin iştirakı ilə olacaq. Zatən, Türkiyənin F16-ları da Azərbaycandadır, nəinki sülhməramlı missiyada iştirak, nəzarət. Qarabağa dair 30 ildir istədiyimizin ən maksimumunu əldə etdik! Daha neyləməliyik? Ermənistanı da almalı idik?..
Bu, regional siyasəti, bölgədə yeni dəngələr quurlduğunu dərk etmək o qədərmi çətindir?
Rusiyanın nəhəng qonşumuz olduğunu, onunla əməkdaşlığın yalnız bizim faydamıza işlədiyini başa düşmək o qədərmi çətindir? Fərz edin, dirənirik ki, Rusiyaya bölgədə heç bir nüfuz şansı tanımırıq, onunla əməkdaşlıq etmirik, sülhməramlıları da gəlməsin, istəmirik. Bu zaman nə baş verə bilər, bir düşünürsünüzmü?
Sülhməramlı gəlməsi Rusiyanın Azərbaycana qoşun yerlədirməsi demək deyil. Sülhməramlı missiya münaqişə bitən bölgədə qəzəbli tərəflərin növbəti toqquşmalarını önləmək üçündür, müvəqqəti, rəsmi olaraq 5 illik missiyadır.
Xülasə, sevincinizi bol-bol yaşayın, heç bir narahatlığa əsas yoxdur! Qarabağ Azərbaycandır, Qələbə çalmışıq, sərhədlərimizi, ərazi bütövlüyümüzü tam təmin etmişik.
Oxu24.com
ŞƏRHLƏR