Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Prezident 42.5 milyon manat ayırdı: Evsizlərə şad xəbər

Son dəqiqə! Prezident 42.5 milyon manat ayırdı: Evsizlərə şad xəbər

ÖZƏL BÖLÜM

1785

25.09.2020, 13:34

Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) manat ayrılıb.