Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39157
az

POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?

14:4421 Sentyabr, 2020
826
ÖZƏL BÖLÜM
  • A
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. Bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib: “Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Zənnimcə, artıq silahlar danışmalıdır. Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA), kiçik çavuş Elşən Məmmədovun şəhid olması və ümumilikdə cəbhə və dövlət sərhəddində baş verən hadisələr müharibənin artıq vaxtının çatdığını göstərir. Yaxın saatlarda biz son baş verən hadisələrin nəticəsini görəcəyik. Çünki düşmən son günlər həddindən artıq azğınlaşıb, təxribatları intensivləşib. Bu təxribatların qarşısını almağın tək yolu isə, düşmənə hərbi yolla cavab verməkdir. Düşünürəm ki, o məqam yetişib, biz artıq hərəkətə keçməliyik”. Ekspert Prezident İlham Əliyevin beynəlxalq qurumlara verdiyi mesajdan bəhs edib: “Hesab edirəm ki, prezidentin Ermənistanla danışıqların mənasız olduğunu bəyan etməsi, təkcə Azərbaycan auditoriyasına deyil, bütövlükdə beynəlxalq qurumlara bir mesaj idi. Ölkə başçısı bununla artıq işğalçı ilə hər hansı bir danışıqların mənası və prespektivi olmadığını bəyan etdi”, - deyə o bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?
Kəramətdən Ağadadaşa sərt sözlər:"Ağadadaşın beyni xəstədi..."

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ