Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3593
14.04.2020, 21:07
190 manat məbləğində birdəfəlik ödəməni almaq istəyən ayrı-ayrı insanlar bizə müraciət edirlər ki, məşğulluq mərkəzləri zənglərə cavab vermir. Xeyr, bu, belə deyil, məşğulluq mərkəzləri bütün telefon zənglərinə cavab verir. Ancaq vətəndaşların müraciətləri çox olduğundan telefonlar məşğul ola bilər. Buna görə də vətəndaşlar məşğulluq mərkəzlərinə çox tez-tez zəng etsinlər.
Oxu24.com xəbər verir ki,bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:
“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.
Həmçinin oxuyun
“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.
Xatırladaq ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilir.
Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdir. (trend)
00:53 / 06 May 2026
93
00:21 / 06 May 2026
299
23:52 / 05 May 2026
100
23:34 / 05 May 2026
120
23:27 / 05 May 2026
95
23:24 / 05 May 2026
88
23:20 / 05 May 2026
84
23:12 / 05 May 2026
196
23:03 / 05 May 2026
156
22:58 / 05 May 2026
94
22:51 / 05 May 2026
85
22:48 / 05 May 2026
89
22:42 / 05 May 2026
97
22:37 / 05 May 2026
118
22:29 / 05 May 2026
980
22:27 / 05 May 2026
408
22:23 / 05 May 2026
384
22:20 / 05 May 2026
262
22:18 / 05 May 2026
102
22:04 / 05 May 2026
1577
21:59 / 05 May 2026
121
21:41 / 05 May 2026
107
21:39 / 05 May 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.