Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
699
12.07.2024, 11:37
Bu gün "Murov Qartalı" ləqəbli əfsanəvi komandir, qəhrəman "Aprel" döyüşləri şəhidimiz - polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.
Oxu24.com xatırladır ki,Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Raquf İbrahim oğlu Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində anadan olub.
1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulub və üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlarda iştirak edib.
Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndinin işğal edilməsi nəticəsində həlak olub.
Elə həmin ildə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, lakin ertəsi il həmin məktəbə qəbul ola bilib.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1996-cı ildə həmin məktəbi bitirdikdən sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib. 2003-2005-ci illər arasında Ali Hərbi Akademiyanı bitirib. Hərbi xidməti dövründə həmişə ön cəbhədə xidmət edərək, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarına görə Raquf Orucova “Murov Qartalı” ləqəbi verilib.
2016-cı ilin aprelində "Murov Qartalı" Raquf Orucov sonuncu döyüşünə qatılıb. Əfsanəvi komandir 4 aprel tarixində Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i isə polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb.
Ruhu şad olsun!
16:19 / 10 Sentyabr 2026
1
16:05 / 10 Sentyabr 2026
42
15:50 / 10 Sentyabr 2026
44
15:43 / 10 Sentyabr 2026
52
15:29 / 10 Sentyabr 2026
51
15:09 / 10 Sentyabr 2026
55
14:50 / 10 Sentyabr 2026
51
14:44 / 10 Sentyabr 2026
66
14:38 / 10 Sentyabr 2026
55
14:28 / 10 Sentyabr 2026
62
14:19 / 10 Sentyabr 2026
77
14:11 / 10 Sentyabr 2026
64
13:59 / 10 Sentyabr 2026
87
13:52 / 10 Sentyabr 2026
485
13:49 / 10 Sentyabr 2026
61
13:49 / 10 Sentyabr 2026
165
13:45 / 10 Sentyabr 2026
73
13:44 / 10 Sentyabr 2026
66
13:41 / 10 Sentyabr 2026
63
13:28 / 10 Sentyabr 2026
185
13:23 / 10 Sentyabr 2026
62
13:17 / 10 Sentyabr 2026
65
13:12 / 10 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.