Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105901
az

ABŞ-dan İrəvana sərt mesaj verildi: Paşinyan yeni “gizli öhdəliklər” götürüb

00:0110 Aprel, 2024
296
ÖZƏL BÖLÜM
  • A

Rəsmi İrəvan Ermənistan cəmiyyətinə müəmmalı “gizli anlaşmalar” barədə mesajlar ötürür, ancaq erməni toplumunda bu barədə daha inandırıcı təsəvvürlər yaratmaqda çətinlik çəkir... Paşinyan hakimiyyəti indi Ermənistanı özündən əvvəl ABŞ və Qərbin daha genişmiqyaslı dəstək verdiyi ölkələrin faciəvi taleyini təkrarlamaq təhlükəsinə daha çox yaxınlaşdırıb...
Brüssel ortaq konfransı artıq arxada qalsa da, onun nəticələri ilə bağlı müzakirə və mübahisələr hələ də davam edir. Xüsusilə də, ABŞ, Avropa Birliyi və Ermənistan arasında bağlı qapılar arzasında hansısa gizli anlaşmaların olub-olmadığı barədə cavabsız suallar mövcuddur. Üstəlik, bu cavabsız suallar daha çox Ermənistan cəmiyyətində müzakirə edilməkdədir. Və erməni toplumu Brüssel ortaq konfransının rəsmi nəticələri ilə bağlı isterik əhval-ruhiyyə içərisindədir.

Onu da qeyd etmək lazımdır ki, panik durum yalnız erməni toplumunda deyil, elə Paşinyan hakimiyyətinin daxilində də hökm sürür. Çünki baş nazir Nikol Paşinyanın siyasi komandasının əksər üzvləri ortaq konfransın Ermənistan üçün təhlükəli nəticələr doğura biləcəyi qənaətindədirlər. Hətta bəziləri hesab edirlər ki, Brüsselə böyük vədlərlə gedən baş nazir Nikol Paşinyan İrəvana demək olar, əliboş qayıtmalı olub. Və bu səbəbdən də, onlar baş nazir Nikol Paşinyanın hakim komandaya Brüssel konfransından Ermıənistanın ümid bəsləyə biləcəyi daha gizli anlaşmalar barədə məlumat verməsini vacib hesab edirlər.

Ancaq hələlik erməni baş nazir öz siyasi komandasının ciddi narahatlığına əhəminyyət verməyə rhtiyac duymur. Baş nazir Nikol Paşinyan başqaları ilə ilə “arxayın olun” mesajı göndərməklə kifayətlənib, özü isə ailəsinin istirahət planlarına qatılmağa üstünlük verib. Bu barədə müəyyən məlumatlar əldə edən "Hraparak" nəşri iddia edib ki, baş nazir Nikol Paşinyan Brüssel ortaq konfransında Ermənistanın gələcək taleyini təyin edəcək “gizli müqavilələr” imzalandığına dair xəbər göndərib.

Maraqlıdır ki, "Hraparak" erməni baş nazirin öz yaxın ətrafına Ermənistana dörd il ərzində 330 milyonluq ümumi dəstəyin “aysberqin görünən tərəfi” olduğunu bildirdiyini vurğulayıb. Erməni baş nazir mesajında Cənubi Qafqaz və Ermənistanla bağlı “dərin proseslər”in getdiyinə, xüsusilə də, müdafiə sahəsinə investisiyaların qoyulması və ciddi dəstəyin verilməsi üzrə razılaşmaların əldə edildiyinə yönəlik eyhamlar vurub. Sonda isə bu razılaşmaların ilkin şərtlərsiz olmayacağını da qeyd etməyi unutmayıb. Və bununla da öz siyasi komandasını daha amansız mübarizəyə hazır olmağa çağırıb.

Əslində, bu, Paşinyan hakimiyyətinin narahatlıq içərisində olan və isterik əhval-ruhiyyəyə qapılmış komandası üçün qətiyyən yenilik deyil. Çünki Brüssel ortaq konfransından dərhal sonra məyusluq keçirən hakim komandaya bənzər məzmunlu təskinlik elə xarici işlər naziri Ararat Mirzoyan tərəfindən də verilmişdi. Erməni nazir hətta Ermənistanı “parlaq gələcək” gəzlədiyinə də inandırmağa çalışmışdı. Və bu səbəbdən də, hakim komandanın üzvləri böyük səbrsizliklə, məhz baş nazirin İrəvana dönüşünü gözləyirdilər.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın hakimiyyət komandasını hansısa “gizli anlaşmalar” ilə sakitləşdirməyə çalışdığı bir vaxtda radikal erməni müxalifəti tamamilə fərqli mövqedən çıxış edir. Belə ki, müxalifət düşərgəsinin təmsilçiləri Brüssel ortaq konfransının Ermənistanı böyük fəlakətlərə götürə biləcəyi qənaətindirlər. Onların fikrincə, ABŞ və Qərbin Rusiya ilə savaşdığı bir vaxtda rəsmi İrəvanın neytrallığı qoruması böyük önəm daşıyırdı. Ancaq Paşinyan hakimiyyəti iki nəhəng düşərgənin qarşıdurmasında qalibin müəyyən olunmasını gözləmədən Ermənistanın xarici siyasət vektorunu Qərbə doğru dəyişməklə, Ermənistanı real təhlükə riski ilə baş-başa buraxıb.

Nə qədər qəribə də olsa, bu dəfə də Paşinyan hakimiyyətinin köməyinə məhz Fransa və onun İrəvandakı səfiri Olivye Dekottini gəlib. Belə ki, fransız səfir rəsmi Parisin Ermənistana Fransanın başqa ölkələrə satmadığı ən müasir hərbi texnika verməyə başladığını vurğulayıb. Yəni, rəsmi Paris müəyyən mənada, fransız səfirin dili ilə Ermənistan cəmiyyətinə “qorxmayın, Fransa arxanızdadır” mesajı verməyə çalışır. Və bu, Fransa başda olmaqla, Qərbin Ermənistanı Cənubi Qafqazda “hərbi forposta” çevirmək planları içərisində olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan üçün regional “hərbi forpost” statusu qətiyyən yeni status deyil. Hər halda, Ermənistan son 30 il ərzində Rusiyanın bu bölgədə “hərbi forpostu” funksiyalarını yerinə yetirib və bunun sayəsində Kremlin dəstəyi ilə Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ancaq Azərbaycan öz ərazi bötüvlüyünü bərpa etdikdən sonra Rusiya uğursuz himayədar sayılır. Və indi rəsmi İrəvan Ermənistanın Qərb üçün “hərbi forposta” çevrilməsi ilə öz şansını yenidən sınaqdan çıxartmaq niyyətinə düşüb.

Göründüyü kimi, rəsmi İrəvan Ermənistan üçün olduqca təhlükəli “himayədar” dəyişikliyi qərarı verib. Üstəlik, yeni “himayədarlar”ın – ABŞ və Qərbin Ermənistanı ən taleyüklü situasiyada qoruya biləcəyinə də tam əminlik mövcud deyil. Buna yalnız Ermənistanda deyil, elə Qərbdə də bəzi analitiklər ciddi şəkildə şübhə etdiklərini qətiyyən gizlətmirlər. Məsələn, ABŞ Dövlət Departamentinin keçmiş müşaviri, analitik Ceyms Karden hesab edir ki, Ermənistanın ABŞ və Qərblə yaxınlaşma prosesi rəsmi İrəvan üçün olduqca təhlükəli seçimdir. Və bu, rəsmi İrəvana ABŞ-dan verilə biləcək həm ən sərt, həm də realist mesaj sayıla bilər.

Amerikalı analitik ABŞ-ı Cənubi Qafqazdakı geopolitik proseslərə müdaxilədən çəkinməyə çağırıb. Onun fikrincə, Ağ Ev əgər, Ermənistana gələcək taleyini təmin etməkdə dəstək olmaq istəyirsə, onda, Cənubi Qafqazdakı məsələlərə qarışmaq cəhdlərini dərhal dayandırmalıdır: “Ermənistandakı Paşinyan hakimiyyəti isə ABŞ və Qərbin analoji dəstəyinin hansı nəticələr doğurması barədə yaxın keçmişin örnəklərindən doğru nəticələr çıxartmağa çalışmalıdır. Çünki Ukrayna və Gürcüstan vaxtilə Qərbə intqerasiya barədə yalançı vədlərə inandıqları üçün hazırda indiki vəziyyətə düşüblər, daha doğrusu, böyük maraqların qurbanına çevriliblər”.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyini təminat altına almağa can atdıqca, daha da dərin qeyri-müəyyənliyə doğru yol alır. Hər halda, Ermənistan cəmiyyətinə “gizli anlaşmalar” barədə mesajlar ötürülür. Ancaq rəsmi İrəvan bu barədə daha inandırıcı təsəvvürlər yaratmaqda çətinlik çəkir. Ona görə də, Ermənistan özündən əvvəl ABŞ və Qərbin intensiv və daha genişmiqyaslı dəstək verdiyi ölkələrin faciəvi taleyini təkrarlamaq təhlükəsini çox yaxınlaşmış kimi görünür. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanı, Rusiyadan qoparıb, Qərbə yaxınlaşdırmaq cəhdləri ilə əslində, yeni geopolitik “labirintə” salmış ola biləcəyi də qətiyyən istisna deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi