Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdakı qəzadan tükürpədici video: Qadın pəncərədən "uçub" çölə düşdü

Bakıdakı qəzadan tükürpədici video: Qadın pəncərədən \\\"uçub\\\" çölə düşdü

ŞOU-BİZNES

2360

14.03.2023, 14:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb.
 
Bu barədə Oxu24.com-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
 
O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb.
 
 
“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar”, - DYP rəsmisi vurğulayıb.
 
Faktla bağlı araşdırma aparılır.