Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyuldu
03 Oktyabr 2026, 22:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
03.10.2026, 22:13
Havaların soyuması və qış mövsümünün yaxınlaşması təbii olaraq əhalinin qaz və elektrik xərclərində artıma səbəb olur. Xüsusilə aztəminatlı və gəlirləri məhdud olan ailələr üçün qış aylarında artan qaz və elektrik xərcləri əlavə maliyyə yükü yaradır.
Qeyd edək ki, müəyyən həddədək istifadə olunan qaz daha aşağı tariflə hesablandığı halda, istehlakın limitdən yuxarı olması daha yüksək tarifin tətbiqinə səbəb olur. Qış aylarında istehlakın artması isə nəticədə bir çox abonentin daha yüksək tarif pilləsinə keçməsi ilə nəticələnir. Eyni vəziyyət elektrik enerjisindən istifadə zamanı da müəyyən qədər özünü göstərir. Soyuq aylarda evlərin qızdırılması, işıqlandırma və digər məişət cihazlarından daha intensiv istifadə elektrik enerjisinə olan tələbatı artırır. Nəticədə aylıq sərfiyyat yüksəldikcə abonentlərin ödədiyi məbləğ də artır.
Məhz buna görə hər il qış mövsümü ərəfəsində qaz və əlavə maliyyə üzrə limitlərin artırılması, tariflərin dəyişdirilməsi və ya xüsusilə soyuq aylarda limit mexanizminə yenidən baxılması ilə bağlı sosial şəbəkələrdə, bir sıra mətbu orqanlarda belə müzakirələr artmağa başlayır.
Vətəndaşları düşündürən əsas sual isə birmənalı olaraq belədir: “Bu il qaz və elektrik tariflərinə tətbiq olunan limitə baxıla və ləğv edilə bilərmi?”
Oxu24.com bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya bildirib ki, hazırda yayılan məlumatlara ehtiyatla yanaşmaq lazımdır: “Rəsmi tarif məlumatlarında əhali üçün təbii qaz üzrə illik 1 200 kubmetrədək, 1 200–2 500 kubmetr və 2 500 kubmetrdən yuxarı olmaqla üçpilləli tarif sistemi qüvvədədir. Elektrik enerjisində də aylıq 200 kVts-dək, 200–300 kVts və 300 kVts-dan yuxarı istehlak üçün fərqli tariflər tətbiq olunur. Yəni hazırda nə qaz, nə də elektrik üzrə istehlak limitlərinin tam ləğvi barədə rəsmi qərar yoxdur”.
Ekspertə görə, qış aylarında qaz limitlərinin yumşaldılması və ya müəyyən müddətə dəyişdirilməsi iqtisadi baxımdan tamamilə mümkünsüz variant deyil: “Xüsusilə rayonlarda evlərin qızdırılmasında qaza tələbat yüksək olduğuna görə qış aylarında istehlakın kəskin artması sosial məsələdir. Burada dövlətin qarşısında iki əsas məsələ dayanır - əhalinin qışda normal istilik təminatını qorumaq və eyni zamanda qazın maya dəyəri, hasilat imkanları, ixrac öhdəlikləri və daxili tələbat arasında balans yaratmaq. Məncə, əgər belə qərar qəbul edilərsə, bunun bütün limitlərin birdəfəlik və tamamilə ləğvi formasında olması şərt deyil. Daha real variant müəyyən dövr üçün güzəştli həddin artırılması, xüsusilə qış aylarında əlavə istehlakın daha aşağı tariflə təmin edilməsi və ya yüksək tarifə keçid həddinin dəyişdirilməsi ola bilər”.
İqtisadçı qeyd edir ki, belə mexanizm həm əhalinin artan qış tələbatını nəzərə almağa, həm də dövlətin əlavə maliyyə yükünü məhdudlaşdırmağa imkan verər: “Elektrik enerjisində vəziyyət bir qədər fərqlidir. Burada limitlərin məqsədi təkcə sosial məsələ deyil, həm də yüksək istehlak edən abonentlərin daha yüksək tarif ödəməsi prinsipidir. Hazırda 200 kVts-dək istehlak 8,4 qəpik, 200–300 kVts aralığı 10 qəpik, 300 kVts-dan yuxarı istehlak isə 15 qəpiklə hesablanır. Buna görə elektrik limitlərinin tamamilə aradan qaldırılması tarif mexanizminin özündə daha ciddi dəyişiklik tələb edər.
Qazla bağlı isə daha bir mühüm məqam var. 2026-cı ildən qaz təchizatında aylıq 1 manat sabit tarif də tətbiq olunur və yeni qaz qanunvericiliyi qüvvəyə minib. Bu onu göstərir ki, dövlət hazırda qaz təchizatının maliyyə və tarif mexanizmini sadəcə limitlər üzərindən deyil, daha geniş şəkildə yenidən qurur”.
“Ona görə qarşıdakı qış mövsümündə limitlərin müəyyən formada yumşaldılması və ya istehlak hədlərinin dəyişdirilməsi ehtimalını istisna etmək olmaz. Lakin hazırkı rəsmi məlumatlara əsasən, “qaz və elektrik limitləri tamamilə ləğv ediləcək” demək üçün əsas yoxdur. Daha çox sosial tələbat, hava şəraiti və enerji balansından asılı olaraq limitlərdə və ya tarif pillələrində müvəqqəti dəyişiklik edilməsi real görünən variantdır”, - deyə ekspert bildirib.
22:48 / 03 Oktyabr 2026
36
22:41 / 03 Oktyabr 2026
44
22:29 / 03 Oktyabr 2026
45
22:08 / 03 Oktyabr 2026
59
21:24 / 03 Oktyabr 2026
61
21:09 / 03 Oktyabr 2026
68
20:57 / 03 Oktyabr 2026
79
20:51 / 03 Oktyabr 2026
72
20:38 / 03 Oktyabr 2026
72
20:27 / 03 Oktyabr 2026
433
20:14 / 03 Oktyabr 2026
79
20:03 / 03 Oktyabr 2026
324
19:52 / 03 Oktyabr 2026
387
19:51 / 03 Oktyabr 2026
96
19:46 / 03 Oktyabr 2026
64
19:34 / 03 Oktyabr 2026
66
19:34 / 03 Oktyabr 2026
64
19:25 / 03 Oktyabr 2026
64
19:14 / 03 Oktyabr 2026
63
19:03 / 03 Oktyabr 2026
78
18:51 / 03 Oktyabr 2026
113
18:41 / 03 Oktyabr 2026
67
18:31 / 03 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.