Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
03.10.2026, 21:09
Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filminin təqdimat mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin və İCESCO-nun Bakı Regional Ofisinin dəstəyi, "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə Nizami Kino Mərkəzində baş tutan mərasimdə mədəniyyət rəsmiləri, ictimaiyyət və media nümayəndələri, yaradıcı heyət iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, film Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası çərçivəsində hazırlanıb.
Onun sözlərinə görə, ekran əsəri Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin audiovizual formada tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Əməkdar jurnalist, "Real" Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev qeyd edib ki, bu cür layihələr milli-mədəni dəyərlərin qorunması baxımından əhəmiyyətlidir.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov bildirib ki, ekran əsəri əsasən Ordubadın etnoqrafiyasına həsr olunub.
Onun sözlərinə görə, ekran işi sənədli-musiqili-etnoqrafik janrında hazırlanan ilk flmdir: "Filmdə Ordubadın keçmişi, bu günü və gələcəyi ilə bağlı mesajlar yer alıb".
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.






17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.