Ağır qəza:Ölənlər var
14 Noyabr 2026, 09:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
315
03.10.2026, 18:25
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda iştirak edib.
Oxu24.com xəbər verir ki, Almatı şəhərində baş tutan tədbir dünyaca məşhur qazax şairi və ictimai xadimi Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunan "Bilik mədəniyyətinə dəstək" IX Beynəlxalq Konfransı çərçivəsində keçirilib.
"XX əsrin ikinci yarısında Mərkəzi Asiyanın intellektual tarixi" mövzusuna həsr olunan konfrans Mərkəzi Asiya və Türk dünyasının elmi, tarixi-mədəni əlaqələrinin dərindən öyrənilməsi və intellektual irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayır.
Aqil Ələsgər konfrans çərçivəsində Türk dünyasının media və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib və ölkəmizin Türk dünyasında əhəmiyyətli yer tutduğu barədə görüşlərdə mövqe nümayiş etdirib.
Səfər çərçivəsində Aqil Ələsgər Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına "Kəməl Ata Kəməngər" ordeni ilə təltif olunub.
Mükafatı jurnalistə Oljas Süleymanovun rəhbərlik etdiyi YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.
Xatırladaq ki, ordenin adını daşıyan Kəməl Tokayev tanınmış qazax yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı və Qazaxıstan Respublikasının hazırkı Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.
09:23 / 14 Noyabr 2026
23
08:09 / 14 Noyabr 2026
936
01:15 / 14 Noyabr 2026
148
00:40 / 14 Noyabr 2026
299
00:02 / 14 Noyabr 2026
1088
23:58 / 13 Noyabr 2026
158
23:49 / 13 Noyabr 2026
156
23:40 / 13 Noyabr 2026
162
23:28 / 13 Noyabr 2026
158
23:22 / 13 Noyabr 2026
148
23:17 / 13 Noyabr 2026
409
23:09 / 13 Noyabr 2026
177
23:05 / 13 Noyabr 2026
147
23:02 / 13 Noyabr 2026
320
22:53 / 13 Noyabr 2026
158
22:49 / 13 Noyabr 2026
152
22:41 / 13 Noyabr 2026
150
22:36 / 13 Noyabr 2026
173
22:18 / 13 Noyabr 2026
156
22:13 / 13 Noyabr 2026
151
22:03 / 13 Noyabr 2026
1169
21:43 / 13 Noyabr 2026
1241
21:36 / 13 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.