Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
12 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1004
03.10.2026, 16:00
Prezident İlham Əliyev YAP-ın qurultayında çıxışı zamanı son günlər baş verən hadisələrə konkret mesajlarla qiymət verdi.
- Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir.
- Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın.
Əliyev ad çəkməsə də, bu mesajların ünvanı bəllidir. Əslində bu qiymətləndirmə ən yüksək səviyyədə daha əvvəldən verilməli idi, xüsusilə silahların alınması məsələsində. Çünki rəsmi Bakı susduqca, Qarabağ zəfərindən özlərinə pay çıxaranlar oldu. Eyni zamanda, silahları sanki pay veriblərmiş kimi mövqelər irəli sürdü.
Həqiqət isə ortadadır: Qarabağı Azərbaycan əsgəri azad edib, müxtəlif ölkələrdən – Türkiyədən, İsraildən, Rusiyadan, Avropadan alınan silahların pulu heç bir güzəşt olmadan ödənilib. Bu faktlar təkcə bu gün yox, həm də tarix üçün dilə gətirilməlidir.
Asif Nərimanlı
23:18 / 12 Noyabr 2026
1
23:12 / 12 Noyabr 2026
15
23:03 / 12 Noyabr 2026
43
23:02 / 12 Noyabr 2026
105
22:59 / 12 Noyabr 2026
46
22:55 / 12 Noyabr 2026
55
22:49 / 12 Noyabr 2026
62
22:40 / 12 Noyabr 2026
54
22:24 / 12 Noyabr 2026
111
22:21 / 12 Noyabr 2026
81
22:13 / 12 Noyabr 2026
91
21:55 / 12 Noyabr 2026
87
21:39 / 12 Noyabr 2026
95
21:26 / 12 Noyabr 2026
1027
21:19 / 12 Noyabr 2026
107
21:04 / 12 Noyabr 2026
101
20:55 / 12 Noyabr 2026
213
20:42 / 12 Noyabr 2026
136
20:26 / 12 Noyabr 2026
142
20:14 / 12 Noyabr 2026
120
20:08 / 12 Noyabr 2026
125
20:05 / 12 Noyabr 2026
190
19:59 / 12 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.