Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
805
20.01.2023, 00:20
Hər gün 20 badam yesəniz nə olar?
Badam da daxil olmaqla, müntəzəm olaraq ləpə yaxud quru meyvələr yemək insan sağlamlığına və xarici görünüşünə faydalıdır.
1. Kətan toxumu. Beynəlxalq Süd Məhsulları Araşdırma İnstitutunun əməkdaşları kətan toxumlarının insan sağlamlığına faydalarını elmi cəhətdən sübut ediblər. Kimyəvi tərkibi zəngin olan kətan toxumu eyni anda bir çox orqan və nahiyəmizdə sağlamlaşdırıcı proseslərə start verə bilir. Sirr kətan toxumundakı fitoestrogen adlı təbii hormondadır. Xüsusilə, döş xərçəngi və prostat xərçəngi başda olmaqla, bir çox bədxassəli şişlərə qarşı mübarizə aparır. Toxumların tərkibindəki lif mədəni örtür və iltihablanmanın qarşısını alır. 1 xörək qaşığı üyüdülmüş kətan toxumu 2 qr-dək Omega-3 yağ turşusuna malikdir. Bu da ürək-damar sisteminin qorunması üçün lazımdır.
2. Küncüt toxumu. Avstraliyadakı Griffith Universitetində aparılan araşdırmalara görə, küncüt toxumlarının kimyəvi tərkibi təzyiqi aşağı salır, infarktın, böyrək çatışmazlığının qarşısını alır. Xolesterol səviyyəsini nizamlayan küncüt toxumunda elə antioksidantlar var ki, başqa heç bir qidada rast gəlinmir. Küncüt toxumu dəri, saç və dırnaqlar üçün faydalı olan yağla zəngindir. Əgər küncüt toxumu yesəniz, özünüzü yaxşı hiss edəcək və gözəl görünüşə sahib olacaqsınız.
3. Balqabaq tumu. Damarları genişlədən balqabaq tumu, beləcə, qan dövranını sürətləndirir və hipertansiyonun qarşısını alır. Tum bütün bunlara tərkibindəki bol arginin (L-arginin) sayəsində nail olur. Kalorili balqabaq tumlarının malik olduğu proteinlər qanda şəkərin səviyyəsini normaya salır. Bundan əlavə, dərinin elastikliyini qorumaq üçün lazım olan A və E vitaminləri ilə də zəngindir. Bu, balqabaq tumunun kosmetika sənayesinin “gizli silahlarından biri” olmağını izah edir.
4. Qoz ləpəsi. Avstraliyadakı La Trobe Universitetindən olan araşdırmaçılar qoz ləpəsindəki mineralların ürək-damar xəstəliklərinin, həmçinin, koroner ürək xəstəliklərinin əmələgəlmə riskini azaltdığını açıqlayıblar. Yaşla əlaqədar meydana çıxan sağlamlıq problemlərinin simptomlarının azalması, kişilərdə prostat xərçəni riskini minimum endirmək də qoz ləpəsinin hünərləri sırasındadır. Bu hünəri ləpəyə malik olduğu tokoferol adlı kimyəvi maddə qazandırır. Scranton Universitetində kimya professoru olan Joe Vinson deyir ki, gün ərzində 7 qoz ləpəsi yemək sağlamlığa olduqca faydalıdır. Çalışın, qoz ləpəsi yeməyi təxirə salmayın.
Həmçinin oxuyun
10:48 / 16 Dekabr 2025
33
10:35 / 16 Dekabr 2025
174
10:32 / 16 Dekabr 2025
26
10:30 / 16 Dekabr 2025
21
10:18 / 16 Dekabr 2025
42
10:15 / 16 Dekabr 2025
30
10:12 / 16 Dekabr 2025
32
10:05 / 16 Dekabr 2025
33
10:03 / 16 Dekabr 2025
30
10:01 / 16 Dekabr 2025
27
09:52 / 16 Dekabr 2025
40
09:29 / 16 Dekabr 2025
887
09:25 / 16 Dekabr 2025
43
08:23 / 16 Dekabr 2025
44
08:21 / 16 Dekabr 2025
56
08:19 / 16 Dekabr 2025
58
00:25 / 16 Dekabr 2025
667
00:14 / 16 Dekabr 2025
156
00:03 / 16 Dekabr 2025
110
23:55 / 15 Dekabr 2025
92
23:51 / 15 Dekabr 2025
1417
23:45 / 15 Dekabr 2025
86
23:28 / 15 Dekabr 2025
120
23:25 / 15 Dekabr 2025
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.