Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
3676
01.01.2023, 21:40
Qaraciyərin orqanizmdəki vacib rolunu hamımız bilirik. Mədə-bağırsaq traktatından keçən qidalardakı komponentlər orqanizm tərəfindən mənimsənilmək üçün, əvvəlcə, bu orqanda emala məruz qalır. Həyati vacib maddələrin orqanizmin bütün hissələrinə çatması üçün qaraciyər dayanmadan işləyir.
Qaraciyər, həmçinin, orqanizmin təmizlənməsində də əhəmiyyətli rola malikdir. Yediyimiz yeməklərin, yaxud hansısa xəstəlik səbəbilə içdiyimiz dərmanların bəziləri orqanizmi əməlli-başlı zəhərləyə bilir. Qaraciyər məhz bu cür təhlükəli maddələri emaldan keçirərək daha az zərərli hala gətirir. Qeyri-düzgün qidalanma, alkoqol, viruslar qaraciyərin işinə mane olmaqla yanaşı, onu xəstələndirirlər. Buna görə də, orqanın sağlamlığı haqqında əvvəldən düşünmək yaxşıdır. Bunun üçün aktiv həyat tərzi keçirmək, zərərli vərdişlərdən imtina etmək, mənfi təsir göstərən qidaları rasiondan xaric etmək, faydalı məhsullara üz tutmaq lazımdır.
Qaraciyərə zərər verən qidalar.
Mənşəyi bilinməyən yağlar. Bu yağların tərkibində heyvan və bitki mənşəli yağlar, böyük miqdarda qida əlavələri var. Məhsulun əsas işlənmə istiqaməti sobada bişirilən yeməklər və ya şirniyyatlardır. Amma bu, düzgün deyil. Çünki bu zaman trans yağlar digər komponentlərin üstünü qabıq kimi örtür. Beləcə, həmin komponentlər orqanizm tərəfindən mənimsənilə bilmir. Trans yağları neytrallaşdırmaq üçün orqanizm “gərgin rejim”də işləməyə məcbur olur. Yaxşı olar ki, rasionunuzda marqarin əvəzinə təbii kərə yağı, yaxud zeytun yağı seçəsiniz.
Mənşəyi bilinməyən konservlər. Bu məhsullar, sözün əsl mənasında, qaraciyərin işinə mane olurlar. Onların tərkibində zərərli maddələr boldur. Yağ, sirkə və duz siyahının əvvəlindədir. Adətən, konservlərə normadan iki dəfə, dəfə yarım çox duz qatırlar. Mədə-bağırsaq traktatında problem olan insanlara bu məhsulların qəbulunu dayandırmaq tövsiyə edilir. Ürək-damar xəstəlikləri və sidik sistemi xəstəlikləri də konservlərin mənfi təsirindən öz “paylarını alır”. Məhsulların mütəmadi qəbulu xəsarətin həcmini artırır.
Yağlı yeməklər. Qaraciyərə, öd kisəsinə və öd suyunun fəaliyyətinə mane olan qidalar siyahısında yağlı yeməklər də var. Ona görə də, heyvan mənşəli, yaxud bitki mənşəli yağların qəbuluna nəzarət edilməlidir. Salo, kolbasa, kərə yağı, ördək və donuz əti, yağlı ət yaxud tərəvəz həlimləri, yarımfabrikatlar, piroqlar və bu kimi bir çox qidalar daha çox o zaman təhlükəli olur ki, qızardılsın. Yaxşı olar ki, bu qida məhsullarını sobada, buxarda, yaxud isti suda bişirərək yeyəsiniz. Kartof qızartması və çipsilərin yüksək miqdardakı qəbulu da məsləhət görülmür. Qızarmış kartof orqanizmə toksin daşıyır.
Duz. Həddən artıq duz qəbulu qaraciyəri öldürməyə qadirdir. Duzun çoxluğu hüceyrələrin ölümünə və fibroza səbəb olur. Sutka ərzində duzun qəbul norması 5 qr-dan çox olmamalıdır. Amma rasionumuzda duz o qədər çox olur ki, imtina etmək bəzən mümkünsüz gəlir. Böyük hissəsini hazır və ya emal edilmiş məhsullar vasitəsilə qəbul edirik. Məsələn; kolbasalar, hisə verilmiş məhsullar, pendir, konservlər, çipsi və bir çox bu kimi məhsul duzla zəngindir. Duzun çoxluğu orqanizmdə susuzluq da yaradır ki, bu da çəki artmasının ilkin səbəblərindən biridir. Duzlu nəsə yedikdən sonra su içmək istəyimizin baş qaldırması məhz bundandır. Maye balansını qoruyub saxlamaq üçün orqanizm var gücüylə işə qoyulur.
Həmçinin oxuyun
08:58 / 14 Dekabr 2025
1
08:46 / 14 Dekabr 2025
33
08:43 / 14 Dekabr 2025
13
01:21 / 14 Dekabr 2025
1050
00:52 / 14 Dekabr 2025
756
00:43 / 14 Dekabr 2025
144
00:04 / 14 Dekabr 2025
801
23:47 / 13 Dekabr 2025
1379
23:44 / 13 Dekabr 2025
91
23:30 / 13 Dekabr 2025
97
22:45 / 13 Dekabr 2025
617
22:30 / 13 Dekabr 2025
155
22:28 / 13 Dekabr 2025
180
22:22 / 13 Dekabr 2025
230
22:11 / 13 Dekabr 2025
315
21:58 / 13 Dekabr 2025
473
21:34 / 13 Dekabr 2025
1322
21:21 / 13 Dekabr 2025
117
21:19 / 13 Dekabr 2025
149
21:15 / 13 Dekabr 2025
116
21:02 / 13 Dekabr 2025
101
20:49 / 13 Dekabr 2025
465
20:44 / 13 Dekabr 2025
125
20:36 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.