Qaynar xətt:

(+99450) 247 90 86

"Oskar" gecəsində şok anlar: Yumruqla vurdu - HƏMİN VİDEO

\\\"Oskar\\\" gecəsində şok anlar: Yumruqla vurdu - HƏMİN VİDEO

ŞOU-BİZNES

2697

28.03.2022, 08:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ aktyoru Kris Rok Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. Çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib.

Oxu24.com xəbər verir ki, Vill Smit oturduğu yerdən qalxaraq səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Bu zaman verilişin səsi kəsilib bə Smitin sözləri naməlum olaraq qalıb. Rok daha sonra deyib: "Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi".

Bundan sonra mərasim həmişəki kimi davam edib.

Xatırladaq ki, qadın bu yaxınlarda bildirib ki, saç tökülməsinə səbəb olan otoimmün xəstəliyindən əziyyət çəkir. Vil Smitin xanımı bunu gizlətməyəcəyini açıqlayıb. ("Report")