Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: 3 nəfər uşağın meyiti sudan belə çıxarıldı (18+VİDEO)

Azərbaycanda gecə saatlarında dəhşət: 3 nəfər uşağın meyiti sudan belə çıxarıldı (18+VİDEO)

ŞOU-BİZNES

6082

09.06.2021, 08:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva  OXU24.COM-A bildirib ki, dünən  axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub və o, xəstəxanaya yerləşdirilib. Uşaqların meyiti sudan çıxarılıb.

İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.

Faktla bağlı araşdırma aparılır.