Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1066
24.04.2020, 23:38
Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin yaş bölgüsü açıqlanıb.
Oxu24.com -un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
Onun sözlərinə görə, koronavirusdan vəfat edənlərin 5 faizi 40-49, 24 faizi 50-59, 30 faizi 60-69, 14 faizi 70-79 yaşda olanlar, 19 faizi isə yaşı 80-dən yuxarı olan şəxslərdir.
Onun sözlərinə görə, bugünkü test sayı 4127, ümumi test sayı 114.410 olub:
"Ümumi yoluxma 1592-dir, 21 ölüm halı var. Vəfat edənlər arasında həkim həmkarımız da var, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir, onlar əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da olanlardır".
R. Bayramlı deyib ki, gündəlik yoluxma hallarının sayında azalma meyli var:
"Aprelin əvvəlində yoluxma pik həddə çatıb. 1 fakt 30-60 yoluxmaya səbəb olur. Sağalanların sayı yoluxanların sayını üstələyir, bu, müsbət dinamikadır. Əvvəlki günlər 200 test edə bilirdiksə, indi gündəlik 4000-6000 test edə bilirik.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.