Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1053
24.04.2020, 23:34
Gömrükçülər böyük həcmdə narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub.
Həmin əməliyyat məlumatı əsasında, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Dünyamalıyev İlkin Yusif oğlunun idarə etdiyi "MAN" markalı, 99-JZ-401/10-ZJ-401 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.
Şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin kabinə və qoşqusunun ətraflarına reaksiya verib. Nəqliyyat vasitəsi əsaslı yoxlanılarkən kabinədə "elektrik açarı"nın altındakı boşluqda 1 ədəd sellofan bükümdə, qablaşdırılması ilə birlikdə çəkisi 3 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Daha sonra yük avtomobilinin qoşqusu yoxlanılıb. Bu zaman isə qoşquda olan paletlərə yığılmış "alçipan" yükünün ön hissəsində - paletlər ilə qoşqunun ön divarı arasındakı boşluqda 7 ədəd müxtəlif ölçülü bağlamalar aşkar olunub.
Nəhayət, həmin bağlamalara baxış nəticəsində ümumi çəkisi 8 kiloqram 557 qram təşkil edən narkotik vasitə - heroin və ümumi çəkisi 3 kiloqram 241 qram təşkil edən psixotrop maddə- metamfetamin aşkara çıxarılıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.