Elnarə Abdullayeva həyat yoldaşı kimdir? — FOTOSU
11 Fevral 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2152
22.04.2020, 14:40
“Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının icrasına başlamaq üçün ilk növbədə bu qrupa daxil olan tələbələr ailə üzvləri haqqında məlumatı əks etdirən sənədləri təhsil aldıqları müəssisələrə təqdim etməlidirlər”.
Oxu24.com xəbər verir ki, Bunu APA TV-yə açıqlamasında Təhsil nazirinin müavini İdris İsayev deyib:
“Tələbələr bu kateqoriyadan olan ailələri haqqında məlumatları təhsil aldıqları təhsil müəssisələrinə təqdim etməlidirlər. Çünki, təhsil müəssisələri bütün tələbələri haqqında dolğun məlumata malik deyillər. Təhsil müəssisələri üçün artıq elektron platforma formalaşdırılır. İşlər tamamlandıqdan sonra təhsil müəssisələri bu platformaya tələbələr haqqında məlumatları daxil edəcək. Bundan sonra elektron informasiya sistemi özü bu informasiyaları nəzərdən keçirib müəyyən edəcək ki, bu şəxslər qəbul edilən statusa cavab verirmi. Əgər həmin ailələr bu statusa malikdirsə o zaman həmin tələbənin təhsil haqqı xərci dövlət büdcəsi tərəfindən qarşılanacaq”.
Nazir müavini deyir ki, təhsil haqqından azad olunacaq şəxslərə bu barədə məlumat onun mobil telefonuna göndəriləcək. Eyni zamanda karantin dövründə təhsil müəssisələri fəaliyyət göstərmədiyinə görə, tələbələr müvafiq sənədləri elektron qaydada təqdim edə biləcəklər:
“İyirimi gün müddətində inteqrasiya prosesi həyata keçiriləcək. Bir ay müddətində ASAN Xidmət tərəfindən təhsil informasiya sisteminə inteqrasiya həyata keçiriləcək. Əgər tələbə tam əmindirsə ki, onun valideynləri və ya özü bu kateqoriyalara malikdir o zaman həmin tələbələr təhsil haqqını ödəməyə bilərlər. Həmin təhsil müəssisəsi o tələbədən təhsil haqqını məcbur şəkildə ala bilməz. Təbii ki, tələbə də lazım olan sənədləri müəssisəyə təqdim etməlidir”.
O ki, qaldı müəyyən edilmiş kateqoriyadan olan tələbələrin bu günə kimi ödədiyi təhsil haqlarının taleyinə. Nazir müavini deyir ki...
“Biz həmin vəsaiti tələbənin həmin semestr üçün vəsaiti artıq ödəməsindən asılı olmayaraq həmin təhsil müəssisəsinə köçürəcəyik. Artıq tələbə ilə təhsil müəssisəsi ödənilmiş vəsaitin ya tələbəyə geri qaytarılması və ya növbəti il üçün əvəzlənməsi məsələsinə baxa bilər. Yəni qarşılıqlı razılıq əsasında həyata keçiriləcək. Bir sözlə biz həmin tələbələrin vəsaitini təhsil müəssisəsinə ödəyəcəyik”.
Xatırladaq ki, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dair qərar qəbul edib. Qərarda bildirilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
Həmin kateqoriyalara ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
Həmçinin oxuyun
1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2. işsiz kimi qeydiyyatda olanlar;
1.2.3. yaşa görə əmək pensiyaçıları;
1.2.4. yaşa görə sosial müavinət alanlar daxildir.
Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur. Bu məqsədlə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq.
02:18 / 13 Fevral 2026
1
02:09 / 13 Fevral 2026
22
01:41 / 13 Fevral 2026
29
00:21 / 13 Fevral 2026
58
23:59 / 12 Fevral 2026
54
23:56 / 12 Fevral 2026
52
23:51 / 12 Fevral 2026
143
23:49 / 12 Fevral 2026
83
23:45 / 12 Fevral 2026
49
23:39 / 12 Fevral 2026
57
23:35 / 12 Fevral 2026
46
23:21 / 12 Fevral 2026
350
23:18 / 12 Fevral 2026
54
23:11 / 12 Fevral 2026
58
22:59 / 12 Fevral 2026
76
22:53 / 12 Fevral 2026
53
22:38 / 12 Fevral 2026
115
22:36 / 12 Fevral 2026
65
22:32 / 12 Fevral 2026
67
22:29 / 12 Fevral 2026
100
22:24 / 12 Fevral 2026
88
22:22 / 12 Fevral 2026
620
22:06 / 12 Fevral 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.