Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1498
13.04.2020, 18:29
İstirahət üçün şimal bölgəsinə gedən şəxslərin avtomobilindən narkotik maddə aşkar edilib.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Bakı şəhər sakinləri Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai” markalı maşınla Bakı-Quba istiqamətində hərəkətdə olan zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu ərazisində quraşdırılan müvəqqəti stasionar postda saxlanılıblar.
Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsilə ərzaq almaq üçün 2 saatlıq icazə alıb, istirahət etmək məqsədilə şimal bölgəsinə getmək istəyiblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli aparıblar. Bu zaman onların üzərində və nəqliyyat vasitəsində axtarış aparılıb və üç kibrit qutusunda marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan Mustafa Əsgərov istintaqa ifadəsində əməlini etiraf edib: “Xaçmaza gedəndə polis bizdən şübhələndi. Maşınımızı axtaranda bir qutu marixuana tapdı”.
Murad Quliyev narkotik vasitəni avtomobildə gizlətdiklərini bildirib: “Bazar günü idi. İstirahət üçün şimal bölgəsinə gəldik. Gələndə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları bizi saxladılar. Bizim üstümüzdən marixuana tapdılar. Maşında gizlətmişdik”.
Faktla bağlı araşdırma aparılır.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.