Universitet müəlliminin tələbələrlə səmimi VİDEOSU
20 Yanvar 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1151
02.10.2025, 11:43
Nurəddin Məmmədov bildirib ki, 1996-cı ildə Tovuz rayonunda anadan olub. Əvvəllər məhkum olunmayıb. Ayşən Məmmədova ilə 2019-cu ildə Qovlar şəhərində tanış olaraq, qeyri-rəsmi yaşayıb:
“Bir ildən sonra rəsmi nikaha daxil olduq. 2020-ci il fevralın 2-də Bakı şəhərinə köçərək, Sabunçu qəsəbəsində kirayədə yaşayırdıq. 2 oğlan övladımız dünyaya gəldi. 2021-ci ilin yay aylarında ailə üzvlərimlə birlikdə Rusiyanın Perm şəhərinə getdim, orda fərdi qaydada ticarətlə məşğul olurdum. Noyabr ayında Bakıya qayıdaraq, ailəmlə Ramana qəsəbəsində kirayədə qalırdım. 2022-ci ilin fevral ayından tanınmış tikinti şirkətində usta köməkçisi işləyirdim. Ailə həyatı qurandan Ayşən heç yerdə işləmirdi, uşaqlara baxırdı.
2024-cü ilin yanvar ayında gecə saat 1 radələrində ayaqyoluna keçmək istəyərkən yoldaşımın kiminləsə yazışdığını gördüm. Gecə vaxtı kiminlə yazışdığını soruşanda, o, əvvəl heç kimlə, sonra qonşuda yaşayan Xəyalə adlı qadınla yazışdığını dedi. Dəfələrlə telefonu verməsini söyləsəm də, arvadım bundan imtina edərək, düyməni basıb telefonu söndürdü. Telefonu əlindən alıb yandıranda “Whatsapp” tətbiqinin silindiyini gördüm. Nə üçün belə etdiyini soruşanda Ayşən tətbiqi təsadüfən sildiyini bildirdi. Əsəbləşdiyim üçün telefonu sındırdım. Fevralın axırlarında telefon nömrəsini yenidən aktiv edib “Whatsapp” tətbiqini yüklədim. Ayşənin 16 kişi ilə yazışdığını aşkar etdim”.
Nurəddin yazışmalardan birində bir nəfərin arvadından pul vəsaiti tələb etdiyini, digərlərində sevgi məzmunlu yazışmalar olduğunu görüb. Rayondan qayıdan Ayşəndən bu barədə soruşduqda, o heç nədən xəbəri olmadığını, mesajların bacısı Aytənə məxsus olmasını deyib:
“Ayşənə inandım. Aprelin 15-də yoldaşıma yeni mobil telefon aldım. Bir neçə gündən sonra Ayşən “xahiş edirəm ayın 29-da rayona getmə” məzmunlu mesajı səhvən mənə göndərdi. Evdə bu barədə soruşanda, arvadım ismarıcı guya qardaşının nişanlısına yazdığını dedi. Telefonuna baxıb, zəng bölməsində yad nömrə aşkar etdim. Zəng edəndə, cavab verən şəxs özünü Elnur adlı şəxs kimi təqdim edib Kürdəmir rayonunda yaşadığını və təsadüfən Ayşənə zəng etdiyini söylədi. Bu dəfə də Ayşən onu bağışlamağımı xahiş etdi və bir daha belə bir halın təkrarlanmayacağını bildirdi. Mən də azyaşlı övladlarıma görə onu bağışladım. Lakin yoldaşımı daima nəzarətdə saxlayıb kimlərlə əlaqə saxladığını yoxlamağa başladım.
Ayşənin telefonun kontaktına qadın adı ilə qeyd etdiyi şəxsləri yoxlayıb əksəriyyətinin kişi olduqlarını aşkar etdim. Aprelin 29-da evdən təxminən 100 metr uzaqlaşandan sonra qulaqcığı götürmək üçün geri qayıtdım. Evin tinindən baxanda Ayşənin yataq otağında kiminləsə görüntülü danışdığını gördüm. Məni görən arvadım dərhal danışığı dayandırdı. Telefonu əlindən alaraq, həmin nömrəyə görüntülü zəng etdim. Cavab verən şəxs məni Ayşənin yanında görüb dərhal əlaqəni kəsdi. Masanın üzərində bıçağı götürsəm də, onu öldürə bilmədim, əsəbimdən bıçağın dəstəyi ilə başına bir dəfə zərbə vurdum”.
Həmçinin oxuyun
Davamı TV11-də...
11:01 / 21 Yanvar 2026
1
10:56 / 21 Yanvar 2026
12
10:51 / 21 Yanvar 2026
11
10:44 / 21 Yanvar 2026
17
10:39 / 21 Yanvar 2026
23
10:29 / 21 Yanvar 2026
24
10:25 / 21 Yanvar 2026
27
09:57 / 21 Yanvar 2026
31
09:55 / 21 Yanvar 2026
91
09:53 / 21 Yanvar 2026
32
09:52 / 21 Yanvar 2026
45
09:49 / 21 Yanvar 2026
41
09:36 / 21 Yanvar 2026
73
09:22 / 21 Yanvar 2026
53
08:53 / 21 Yanvar 2026
67
08:48 / 21 Yanvar 2026
665
00:44 / 21 Yanvar 2026
209
00:41 / 21 Yanvar 2026
153
00:32 / 21 Yanvar 2026
3296
00:30 / 21 Yanvar 2026
892
00:29 / 21 Yanvar 2026
161
00:25 / 21 Yanvar 2026
11162
00:06 / 21 Yanvar 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.