Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
1019
24.11.2021, 22:59
Cinsi münasibətlərdən utanırsınız?
Bəzi qadınlar hələ cinsəllikdən utandıqlarını söyləyirlər. Partnyorlarının yanında çılpaq gəzməkdən əlavə, ginekoloqlarından və hətta bəzi testlər etdirməkdən belə utanırlar. Halbuki, yaxşı cinsi həyat hər şeydən əvvəl sağlamlıq deməkdir. Utanmaq isə cinsi sağlamlığı qorxudan ən böyük təhlükədir.
Rəftarınızı dəyişin
Zövq üçün qorunmaq
Böyük səhvdir! Qorunmadan cinsi əlaqə arzuolunmaz hamiləliyə gətirib çıxardığı kimi hər cür cinsi xəstəliyin da başlanğıcıdır. Üstəlik, ginekoloqunuz bu vəziyyəti bilməzsə, ümumi müayinə ilə sizdə xəstəlik olub-olmadığını da anlamayacaq. Bu cür infeksiyalar üçün xüsusi olaraq tətbiq olunması lazım olan testlər vardır. Bu vəziyyəti mütləq həkiminizə bildirin.
Genital bölgədə infeksiya
Belə bir infeksiyanın əlamətləri genital bölgədə yanma, davamlı tualetə ehtiyacı olmaq və cinsi əlaqənin acı verici hala gəlməsidir. Əgər bu əlamətləri görməməzliyə vurur və müalicə olmadan keçməsini gözləsəniz, bir müddət sonra yüksək qızdırma və sidiyə qan qarışması kimi daha ciddi problemlə qarşılaşa bilərsiniz. İşi bu vəziyyətə gətirmədən, həkimə gedib, vəziyyəti ona danışmalısınız.
Seks zövq yerinə əziyyət verir
Özünüzə frigid (cinsi soyuqluq) diaqnozunu qoymadan və bundan utanmazdan əvvəl, başqa ehtimallar üzərində dayanmalısınız. Əgər başqa narahatlıqlar üçün dərman istifadə edirsinizsə, bu dərmanların əks təsiri kimi sizdə cinsi istəksizlik yaratmış ola bilər. Bir başqa ehtimal da istəmədiyiniz mövqelərdə cinsi əlaqədə olmağınız və özünüzü sıxmağınız əziyyət çəkməyinizə səbəb olur. Bunun üçün mütləq partnyorunuzla açıq danışmalısınız.
Mütləq həkimə gedin
Əgər quruluq kimi bir probleminiz olduğunu (yəni bədəninizin cinsi əlaqəni asanlaşdıran mayeni ifraz etmədiyini) düşünürsünüzsə, həkiminizə bundan bəhs edin. Bunları danışarkən utanmağınıza ehtiyac yoxdur, qarşınızdakı adam onsuz da cinsi problemlərinizin həllini tapmaq üzrə təhsil alıb.
QİÇS testindən keçin
Narahat olmayın, bunu etdirmək istəməyiniz sizin QİÇS-ə yoluxduğunuz mənasını verməz, həm də bu bir cinayət də deyil, təkcə xərçəng kimi şanssız və müalicəsi çox çətin bir xəstəlikdir... Bu mövzuda şübhələriniz varsa ya narahatlıq hissi keçirirsinizsə, testləri etdirməkdə heç də tərəddüd etməyin. Çünki belə bir vəziyyəti nə qədər tez aşkara çıxarsanız, sizin üçün o qədər yaxşı olacaq.
15:34 / 09 Noyabr 2026
1
15:23 / 09 Noyabr 2026
38
15:13 / 09 Noyabr 2026
66
15:05 / 09 Noyabr 2026
223
15:00 / 09 Noyabr 2026
94
14:58 / 09 Noyabr 2026
75
14:55 / 09 Noyabr 2026
88
14:42 / 09 Noyabr 2026
82
14:37 / 09 Noyabr 2026
77
14:29 / 09 Noyabr 2026
262
14:22 / 09 Noyabr 2026
203
14:17 / 09 Noyabr 2026
96
14:06 / 09 Noyabr 2026
1019
14:04 / 09 Noyabr 2026
119
13:44 / 09 Noyabr 2026
827
13:21 / 09 Noyabr 2026
131
13:11 / 09 Noyabr 2026
357
12:57 / 09 Noyabr 2026
1812
12:55 / 09 Noyabr 2026
128
12:40 / 09 Noyabr 2026
240
12:27 / 09 Noyabr 2026
195
12:15 / 09 Noyabr 2026
404
12:03 / 09 Noyabr 2026
1413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.