Qaynar xətt:

(+99450) 247 90 86

İranlı general: Niyyətimiz ABŞ əsgərlərini öldürmək deyildi

2020/01/09/1578592057_sardar_amir_ali_haji_zade__sardar_hosein_salami_by_tasnimnews_02.jpg

ŞƏRHSİZ

914

09.01.2020, 21:46

İranlı general Əmir Əli Hacızadə ABŞ-ın İraqdakı bazasına hücumlar zamanı qurbanların olmamasının səbəbini açıqlayıb. Bu barədə “Reuters” xəbər yayıb.
Onun sözlərinə görə, Tehran raket hücumlarını amerikalı əsgərləri öldürmək üçün etməyib. Hacızadə bəyan edib ki, İran Vaşinqtonun hərbi maşınına zərər vurmaq istəyib. General əlavə edib ki, raket zərbələri bütün regionda ABŞ bazalarına hücumlar seriyasının başlanğıcı olub. O, vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsinin əsl qisası ABŞ-ın Yaxın Şərq regionundan qovulması olacaq.
Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumu həyata keçirib. Əmir Əli Hacızadə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin və HHQ-nin komandanıdır.